"İmam Xomeyninin yolu İslamiyyət ilə Cümhuriyyətdir"
İslamazeri.az-ın "İRNA"-ya istinadən verdiyi xəbərə görə, Həsən Ruhani Nazirlər Kabinetinin üzvləriylə birlikdə "dövlət həftəsi" çərçivəsində ölkənin qurucusu və İran İslam İnqilabının lideri Ayətullah Xomeyninin türbəsini ziyarət edib. Ziyarət əsnasında danışdığı zaman, "İmam Xomeyninin yolu İslamiyyət ilə Cümhuriyyətdir və biz bu iki anlayışdan heç birini buraxa bilmərik", - deyən Ruhani, "Dövlət Həftəsində İmam Xomeyninin türbəsini ziyarət etmək rəsmiyyət və hətta siyasi bir ənənəvi iş deyil. Bizim buranı ziyarət etməyimiz hökumətin İmam Xomeyninin yolunu davam etdirəcəyini təkrar etmək üçün bir fürsətdir", - açıqlamasını verib. İslam İnqilabının əhəmiyyətli məqsədlərindən birinin İslami Dövlət qurmaq olduğunu dilə gətirən Ruhani "İmam Xomeyni, öz dünyagörüşündə hökumətin qurulub, qanunun qüvvəyə keçməsini ölkənin idarə olunması üçün lazımlı görürdü. İmam Xomeyni xalqın səsini çox önəmsəyir və xalqın bütün təbəqələrinə hörmət göstərirdi. İmam Xomeyni, gəncləri də çox sevirdi və onlara qarşı xüsusi bir sevgisi vardı", - ifadələrindən istifadə edib. Vəzifələrinin İmam Xomeyninin vurğuladığı İslamı qorumaq olduğunu vurğulayan prezident Ruhani, "İmam Xomeyni, həyatının son illərində dövlətin güc sərhədlərini təyin etdi. İmam Xomeyni heç bir zaman dövlət işlərinə qarışmadı və yalnız işlərə rəhbərlik edirdi. Eynilə bu gün İnqilab Rəhbərinin rəhbərlik etdiyi kimi", -deyə bildirib. Prezident Ruhani, Nüvə Proqramının da İnqilab Rəhbərinin rəhbərliyi və xalqın dəstəyiylə müvəffəqiyyətə çatdığını ifadə edib. Mənbə : İslamazeri Oxşar xəbərlər
|