Ayətullahuluzma Nuri Həmədani: Azərbaycan Respublikası müsəlmanları vəhhabilərdən ehtiyatlı olsunlar
Mьəllif: admin1
Tarix: 4-09-2015, 20:26
Bцlmə: Xəbərlər
Ayətullahuluzma Nuri Həmədani: Azərbaycan Respublikası müsəlmanları vəhhabilərdən ehtiyatlı olsunlar

Həzrət Ayətullahuluzma Nuri Həmədani təkfirçi qrupların Azərbaycan Respublikasında fəaliyyəti ilə bağlı xəbərdarlıq edib.

O Həzrət Bakıda yaşayan iranlıların Əhli-Beyt(ə) hüseyniyyəsində azəri möminlər qarşısında terrorçu-təkfirçi qrupların cinayətlərinə işarə edərək, onların rəftarlarını İslamın nurlu təlimləri ilə təzadlı bilib və belə deyib: Azərbaycan Respublikası müsəlmanları da öz ölkələrində bu terrorçu və vəhhabi qrupların faəliyyət və hərəkətlərindən ehtiyatlı olmalıdırlar.



Həzrət Ayətullahuluzma Nuri Həmədani deyib: Azərbaycan Respublikası xalqı vilayət və Peyğəmbər(s.ə.s)-in Əhli-Beyti(ə)-na bağlılıqda parlaq keçmişə malikdir.



Azərbaycan Respublikası xalqı bu gün də Əhli-Beyt(ə)-a məhəbbətdə yaxşı vəziyyətə malikdir.



Bu böyük təqlid mərcəyi İslam Dünyasındakı problemlərə də işarə edib və belə deyib: İranın bugünkü misal çəkiləsi təhlükəsizliyi vilayət neməti bərəkətinə və Həzrət Ayətullahuluzma Xameneinin dəyərli rəhbərliyi hesabınadır.



Həzrət Ayətullahuluzma Nuri Həmədani müsəlmanları birliyə çağıraraq, söyləyib: Bizim hamımız bir-birimizlə qardaşıq və İslamın və Əhli-Beyt(ə) məktəbinin yüksəlişi üçün səy göstərməliyik.



İlk dəfədir, bir şiə təqlid mərcəyi Azərbaycan Respublikasına səfər edir.



O Həzrət Azərbaycan Respublikasına səfərinin davamında Bakının Nardaran qəsəbəsində olaraq, İmam Rza(ə)-ın bacısı Rəhimə Xatun(s)-nın pak məzarını ziyarət edəcək və bu məntəqənin möminləri ilə görüşəcəkdir.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031