Limon şirəsinin inanılmaz faydaları
Limon - min bir dərdin dərmanı, sağlamlığın ən yaxşı keşikçisi. Sağlamlığınızı qorumaq üçün limonu süfrənizdən əskik etməməlisiniz. Çünki alimlər limon şirəsinin onlarla xəstəliyə kömək olduğunu bildirirlər. Oxucularımıza limon şirəsinin faydalarını təqdim edirik: Böyrək daşı Hər gün yarım stəkan limon şirəsi içmək sidikdəki sitrat səviyyəsini artıraraq böyrəklərdə daşın meydana gəlməsinin qarşısını alır. Arıqlamağa kömək edir Araşdırmalar göstərib ki, limon şirəsi arıqlamağa kömək edir. Bunun səbəbi limon şirəsinin tərkibindəki pektin maddəsidir. O, maddələr mübadiləsini sürətləndirir. pH balansını tənzimləyir Limon orqanizmin pH balansını qoruyur. Bu da immunitet sisteminə yaxşı təsir edir. Temperaturu aşağı salır Qızdırmanı aşağı salmaq üçün 1 stəkan limon şirəsi için. Kalium Limonun tərkibində sağlamlıq üçün ən önəmli minerallardan biri - kalium var. Xərçəngdən qoruyur Limon şirəsi sağlam hüceyrələri qoruyur, xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. Həzmə kömək edir Limon şirəsi həzmi yaxşılaşdırır. Mütəxəssislər limon şirəsinin içərisinə bir qədər kətan toxumu tökməyi tövsiyə edirlər. Bu, onun təsirini daha da artır. Qaşıntını aradan qaldırır Ağcaqanad və arı sancmalarının üstünə limon şirəsi çəkərək qaşınmanı aradan qaldıra bilərsiniz. Boğaz ağrısına qarşı Bal ilə qarışdırıb içmək boğaz ağrısını, qıcıqlanmanı aradan qaldıracaq. faktxeber.com Oxşar xəbərlər
|