Kanadada rəsmən niqaba icazə verildi
Mьəllif: admin1
Tarix: 17-09-2015, 10:06
Bцlmə: Xəbərlər
Kanadada rəsmən niqaba icazə verildi

İslamazeri.az-ın "AA"-ya istinadən verdiyi xəbərə görə, Kanadanın Federal Apellyasiya Məhkəməsi niqabla bağlı qərar qəbul edib. Belə ki, qəbul olunan qərara əsasən dini inancına görə, niqab geyinən qadınlar vətəndaşlıq almaq mərasimlərində və səs vermə prosesində niqabla iştirak edə biləcəklər. Xatırladaq ki, 2011-ci ildə vətəndaşlıq və miqrasiya naziri olan, hazırda isə milli müdafiə naziri vəzifəsində çalışan Ceyson Kenninin təklifi ilə qəbul müsəlman qadınların niqabla vətəndaşlıq almaq prosesində iştirakına qadağa qoyulmuşdu. Ötən ilin oktyabr ayında pakistanlı miqrant Zunera İshaq vətəndaşlıq alan zaman andiçmə mərasimindən imtina edərək Kanada hökumətindən Kanada Ali Məhkəməsinə şikayət verib. Fevral ayında Kanadanın Ali Məhkəməsi qadının haqlı olduğunu bəyan edərək ona vətəndaşlıq alma mərasimində niqabla iştirak etməsinə icazə verib. Bundan sonra Kanadanın baş naziri Stiven Jozef Harper məhkəmə qərarına etiraz olaraq Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi Ali Məhkəmənin qərarını qüvvədə saxlayaraq, niqaba icazə verib.
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031