Sabah "Ərəfə" günüdür
Mьəllif: admin1
Tarix: 22-09-2015, 11:37
Bцlmə: Xəbərlər
Sabah "Ərəfə" günüdür

Zilhəccə ayının 9-cu gecəsi mübarək bir gecədir. Bu gecə münacat və dua gecəsidir. Bu gecə dua və tövbələr qəbuldur. Bu gecəni ibadətlə keçirən adama 170 ilin ibadətinin savabı veriləcəkdir.Allahın rəsulu, əzəmətli peyğəmbərimiz buyurur: "Allah-taala heç bir gündə, ərəfə günü qədər bəndələrini cəhənnəm odundan azad etmir" ("Kafi", 4/336) Bu gecə və gündüzdə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbbidir:

1. Qusl etmək:
2. imam Hüseyn (ə)- mı ziyarət etmək;
Bu gün İmam Hüseyni ziyarət etmək, min həccə, min ümrəyə və min cihada bəlkə də daha artıq savaba bərabərdir.
Bu gün O Həzrətin Müqəddəs Qübbəsinin altında olan şəxsin savabı, Ərəfat səhrasında olanların savabından çoxdur.

3. Əsr namazıdan sonra, Ərəfə duasına başlamazdan əvvəl, asimanın altında iki rükət namaz qılıb, öz günah və üsyankarlığına etiraf etsin. Daha sonra Ərəfə günü oxunalası dualarına oxumağa başlasın. Ərəfə günü oxumaq müstəhəb olan duaların sayı çox olduğundan hamısını qeyd etmirik və onlardan bir neçəsinə kifayət edirik.

Şeyx Kəfəmi özünün Misbah kitabında belə qeyd edir: Bu gün oruc tutmaq müstəhəbdir, əlbəttə əgər oruc tutduğu halda, oruc tutduğu gün zəifləyib dua oxuya bilməyəcəksə istisnadır.

Günorta azanından qabaq qüsl etmək müstəhəbdir.

İmam Hüseyn (ə)- mı ziyarət etmək.

Günorta vaxtı günorta və əsr namazlarını asimanın altında qılıb namaz qurtardıqdan sonra iki rükət namaz qılsın. Birinci rükətdə Həmddən sonra Tövhid və ikinci rükətdə Həmddən sonra Qul ya Əyyuhəl-kafirun surəsini oxusun. Bu namaz qurtardıqdan sonra, dördrükətli namaz qılsın. Namazın hər bir rükətində Həmddən sonra əlli dəfə Tövhid surəsini oxusun. Daha sonra Həzrəti Rəsuli Əkrəm (s.ə.s)-dən nəql olunmuş təsbihatı oxusun. Bu təsbihatı Seyyid ibni Tavus İqbal kitabında da qeyd olunmuşdur.
Təsbihat belədir:
Subhanəlləzi fis-səmai ərşuhu subhanəlləzi fil-ərzi hukmuhu, subhanəlləzi fil-qurubi qəzahu, subhanəlləzi fil-bəhri səbuluhu, subhanəlləzi fin-nari sultanuhu, subhanəlləzi fil-cənnəti rəhmətuhu, subhanəlləzi fil-qiyaməti ədluhu, subhanəlləzi rəfəə-əs-səmaə, subhanəlləzi bəsətəl-ərzə, subhanəlləzi la məlcəə və la məncəə minhu illa iləyhi.

Sonra "Subhanəəahu və la ilahə illəllahu vallahu əkbər"-i yüz dəfə;

Tovhid surəsini yüz dəfə;

Ayətəl-kursuni yüz dəfə;

Muhəmməd və Ali Muhəmmədə salavatı yüz dəfə;

Aşağıdakı təhlili on dəfə

La ilahə illəllahu vəhdəhu la şərikə ləhu ləhul-mulku və ləhul-həmdu yuhyi və yumitu və yuhyi və huvə həyyun la yəmutu biyədihil-xəyru və huvə əla kulli şəyin qədir.

Aşağıdakı istiğfarı on dəfə:

Əstəğfirullahəlləzi la ilahə illahu huvəlhəyyul qəyyum və ətubu iləyh.
On dəfə; "Ya Allah!"
On dəfə" Ya Rəhmanu"
On dəfə "Ya Rəhimu"
On dəfə "Ya bədi-us-səmavati vəl-ərzi ya zəl-cəlali vəl-ikram."
On dəfə"Ya Həyyu ya qəyyum"
On dəfə"Ya hənnanu ya mənnan"
On dəfə" Ya la ilahə illa ənt"
On dəfə "Amin, zikirlərini oxuyub desin;
Allahummə inni əsəlukə ya mən huvə əqrabu iləyyə min həblil-vəridi ya mən yəhulu bəynəl-məri və qəlbihi ya mən huvə bil-mənzəril-əla və bil-ufuqil-mubini, ya mən huvər-rəhmanu ələl-ərşiistəva, ya mən ləysə kəmislihi şəyun və huvəs-səmi-ul-bəsiru əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd

Sonra istəklərini, Allah təaladan diləsin.

(Məfatihul-cinan) seh: 634
Şeyx Abbas Qumi

nardaranpiri.com
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031