İslam İnqilabının Böyük Rəhbərinin Böyük Həcc Konqresinə müraciəti
Mьəllif: admin1
Tarix: 23-09-2015, 16:00
Bцlmə: Xəbərlər
İslam İnqilabının Böyük Rəhbərinin Böyük Həcc Konqresinə müraciəti

İslam İnqilabının Böyük Rəhbəri Ərəfə günündə hacılara ünvanlanmış müraciətdə İslam Ümmətinin böyük problemlərini dünyanın zalım qüvvələrinin fitnələri adlandırıb və onların əlacı üçün düşünmək vacibliyini vurğulayıblar.

Dünya müsəlmanlarının Vəliyyi Əmri Həzrət Ayətullahuluzma Xamenei Vəliyyi Fəqihin həcc və ziyarət məsələləri üzrə nümayəndəsi və iranlı hacıların başçısı Höccətulislam Seyid Əli Qazi Əsgər tərəfindən qiraət olunan Böyük Həcc Konqresi münasibətilə verdikləri müraciətdə vurğulayıblar: Bu gün bir tərəfdən, müharibə, qan axıdılması və dağıntı mənbəyi olan Amerikanın şər siyasətləri, digər tərəfdən də Fələstin ölkəsində qəsbkarlıq rəftarını fəlakətin ən yüksək dərəcəsinə çatdırmış sionist rejimin cinayətləri bütün müsəlmanların birinci məsələsidir və onun barəsində düşünməli və onun qarşısında öz islami vəzifəmizi tanımalıyıq.
Dünya müsəlmanlarının Vəliyyi Əmri bu müraciətdə əlavə ediblər: Din alimləri, siyasi və mədəni elita daha ağır vəzifəyə malikdirlər ki, təəssüflə, bir qayda olaraq, onlar bu barədə qəflətə qapılıblar.
Həzrət Ayətullahuluzma Xamenei buyurublar: Din alimləri məzhəbi ixtilaflar alovunu qızışdırmaq yerinə, siyasilər düşmən qarşısında zəiflik göstərmək əvəzinə və mədəni elita kənar məsələlər ilə başını qarışdırmaq yerinə, İslam Dünyasının böyük dərdini tanımalı, yerinə yetirmək məsuliyyəti daşıdıqları ilahi ədalət qarşısında öz vəzifələrini qəbul etməli və onun öhdəsindən gəlməlidirlər.
Dünya müsəlmanlarının Vəliyyi Əmri hacılara ünvanlanmış müraciətdə vurğulayıblar: Regionda, İraq, Şam, Yəmən və Bəhreyndə, həmçinin Qərb sahilində, Qəzzədə, bəzi digər Asiya və Afrika ölkələrindəki ağladıcı hadisələr İslam Ümmətinin böyük problemləridir və onda dünyanın zalım qüvvələrinin izlərini görmək və onun çarəsini tapmaq gərəkdir.
Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Xalqlar onu öz dövlətlərindən istəməlidirlər və dövlətlər öz ağır məsuliyyətlərinə sadiq qalmalıdırlar; həcc və onun əzəmətli toplantıları bu tarixi borcun zühuru və mübadiləsi üçün ən üstün məkandır və bütün yerlərdən gəlmiş həcc mərasimi keçirənlərin iştirakı ilə qənimət sayılmalı olan müşriklərin rədd olunması fürsəti bu əhatəli mərasimdə ən bariz siyasi mərasimlərdən biridir.

sahartv.ir
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031