Minada baş verən qanlı hadisəyə beynəlxalq reaksiyalar
Müxtəlif ölkələrin rəsmiləri və beynəlxalq təşkilatlar Minada Rəmy Cəmarat Şeytanı Daşlama mərasimindəki qanlı hadisəyə reaksiya veriblər. Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Dünya Katoliklərinin rəhbəri Papa Fransisk cümə axşamı günü Nyu-Yorkda Sent Patrik kilsəsində Rəmy Cəmarat mərasimində Allah Evi zəvvarlarının həlak olmasına reaksiya verərək dünya müsəlmanlarının dərdinə şərik çıxıb. BMT baş katibi Ban Ki Mun da Minada Rəmy Cəmarat mərasimindəki hadisə ardınca bu hadisənin baş verməsinə dərindən təəssüfləndiyini bildirib. BMT baş katibinin sözçüsü Stefan Dejarrik deyib: Ban Ki Mun bildirib ki, Rəmy Cəmarat hadisəsində ağrılı məsələ budur ki, bu hadisə Qurban bayramı günü baş verib. BMT baş katibi sözçüsünün sözlərinə görə, BMT baş katibi hadisə qurbanlarının ailələrinə başsağlığı verir və onların dərdinə şərik çıxdığını bildirir. Həmçinin ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü cümə axşamı günü Mina hadisəsi ilə bağlı həlak olanların ailələrinə başsağlığı verib. Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer də cümə axşamı günü Minada baş verən hadisədən təəssüfləndiyini bildirərək Almaniya xalqı və dövlətinin bu hadisə qurbanlarının ailələrinin dərdinə şərik çıxdığını elan edib. İngiltərə baş naziri David Kameron və bu ölkənin bir qrup siyasi və dini şəxsiyyətləri də başsağlığı müraciətləri verərək hadisə qurbanlarının ailələrinin dərdinə şərik çıxıblar. sahartv.ir Oxşar xəbərlər
|