Ayətullah Xameneidən Səud rejiminə sərt xəbərdarlıq
İslamazeri.az-ın "Mehr" istinadən verdiyi məlumata görə, Ayətullah Seyid Əli Xamenei iranlı hacılara ən kiçik hörmətsizlik belə ediləcəyi təqdirdə Səud rejiminə sərt və ağır qarşılıq veriləcəyini bildirib. Yüksək rütbəli ordu komandanlarının da iştirak etdiyi hərbi mərasimdə çıxış edən Ayətullah Xamenei "İran bir reaksiya verəcək olsa vəziyyətlərinin yaxşı olmayacağını bilməlidirlər",- deyə qeyd edib. İranın İslam İnqilabının lideri Mina faciəsinin araşdırılması məqsədilə İranın da daxil olacağı bir komitənin yaradılmasının zəruriliyini bildirib. Mənbə : İslamazeri Oxşar xəbərlər
|