Ayətullah Məkarim Şirazinin Ərəbistan hökumətinə dörd tövsiyəsi
"Əgər Ərəbistan ağlını başına yığıb dörd işi görsə siyasi atmosfer və hadisələrin gedişi dəyişəcəkdir." Nardaranpiri.com-un Şəbistan Xəbər Agentliyinə istinadən məlumatına əsasən, Ayətullah Məkarim Şirazi Mina faciəsi ilə bağlı Ərəbistan rəhbərliyinə tövsiyələr göndərib. Ayətullah qeyd edib: "Bəziləri bu hadisənin bilərədkən törədilməsi qənaətindədirlər. Mən isə bunu ağlabatan saymıram. Amma səriştəsilzik açıq- aydın görsənir." Ayətullah Məkarim Şirazi Ərəbistan rəsmilərinə xitab edərək qeyd edib: "Əgər Ərəbistan ağlını başına yığıb dörd işi görsə siyasi atmosfer və hadisələrin gedişi dəyişəcəkdir." Alim tövsiyələrini bildirib: "İlkin olaraq Ərəbistan həyatını itirənlərin ailələri ilə həmdərdlik nümayiş etdirsin və hadisəni araşdıracaq istintaq komissiyasının işə başlamasına icazə versin." "Habelə, xəsarət, diyə və dəyən zərərləri ödəməli, sonda da bu hadisənin təkrarlanmaması üşün xüsusi idərə heyəti yaratmalıdır." Ayətullah qeyd etdi: "Ən əsaa məsələ hadisənin qarşısında səmimi olmaq və düzü xalqa çatdırmaqdır. Bu onlar üçün ən yaxşı həll və çıxış yoludur. Ərəbsitan məsul şəxsləri problemi həll etməlidirlər." Ayətullah Məkarim Şirazi bu hadisənin qurbanalarını ikinci dərəcəli şəhidlər kateqoriyasına aid edib. nardaranpiri.com Oxşar xəbərlər
|