Ayətullah Məkarim Şirazinin Aşura mərasimləri ilə bağlı önəmli çağırışı
Mьəllif: admin1
Tarix: 13-10-2015, 10:29
Ayətullah Məkarim Şirazinin Aşura mərasimləri ilə bağlı önəmli çağırışı

İslamazeri.az Ayətullah Məkarim Şirazinin Qum şairlər və məddahlar heyətinin üzvləri ilə görüşündəki çıxışını təqdim edir: "Biz 56-cı ildə Mahabadda sürgündəydik. Mahabad digər şəhərlərin əksinə olaraq səssiz və sakit idi. Mahabadda sünni alimlərlə əlaqə yaratmaq imkanı əldə etdik. Biz onlara "Bu şəhər oyanışın astanasındadır, amma siz çox səssiz yaşayırsınız" dedik. Sünni alimlər isə "iki tərəf arasında fərqlər var. Əvvəla şiələrdən fərqli olaraq, biz dövlətə sadiqik, siz isə azad və müstəqilsiniz. İkincisi sizin İmam Hüseynə həsr edilən yas mərasiminiz var. Minlərlə insanı bir yerə yığaraq, etiqadi və siyasi məsələləri danışa bilirsiz, amma bizim üçün 50 nəfəri bir yerə yığmaq çox çətin məsələdir" dedilər. O an Allahın Əhli-Beytin (ə) bərəkəti ilə bizə necə böyük bir nemət verdiyini anladım. Həqiqətən də, Aşuranın təsəvvür belə edilə bilinməyəcək dərəcədə böyük gücü var. Bizim Həzrəti Hüseynə yas saxlamaq kimi böyük nemətimiz var. Bu səbəblə əzadarlıq məclisi təşkil edənlər, vaizlər və mərsiyəxanlar böyük məsuliyyət daşıyır. Əgər bu üç qrup işlərini ən mükəmməl şəkildə təşkil edərsə, İmam Hüseyn üçün (ə.s) keçirilən mərasimlərin təsiri öz gücünü ortaya qoyacaq. Əzadarlıq məclisləri, din, hakimiyyət, müstəqillik və dünya üçün potensial bir güc mənbəyidir. Amma təəssüf ki, hər zaman təsirli vəsaitlərdən sui-istifadə edilir. Aşura mərasimlərini əhli olmayan, ləyaqətsiz və ədalətsiz insanların əlinə düşməməsi məsələsində də ayıq olmaq lazımdır. Çünki belə məclislərin bərəkəti böyük olduğu kimi, təhlükə və zərərləri da böyük olacaqdır. Belə ki, yanlış şüarlarla insanları çaşdırmaq və düşmənlərin əlinə bəhanələr vermək yolverilməzdir. Bəziləri "qırmızı xətt"ə riayət etməyərək "Məclislərimizin izdihamlı keçməsi üçün müştəri yığmaq lazımdır!" - deyir. Hamımızın məsuliyyətləri var. İmam Hüseyn (ə) üçün keçirilən əzadarlıq məclislərinin təmizliyini və saflığını tanıtmaq lazımdır. Buna nail olmaq üçün məddahlar qəhrəmancasına hərəkət etməlidir".
Mənbə : İslamazeri
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031