Bugün hicri tarixinin 1437-ci ili və məhərrəm ayı başlayır
İslaminSesi.org xəbər verir ki, bugün hicri-qəməri tarixinin 1437-ci ilin məhərrəm ayının biridir. Bir çox ərəb və müsəlman ölkələrində rəsmi təqvim ili bu gündən başlayır. Məhərrəm ayı müsəlman dünyasından daha çox faciəli Tasua və Aşura günləri ilə tanınır. Allahın əmri ilə zalım Yezidə, onun törətdiyi fitnə-fəsada qarşı ayağa qalxan İmam Hüseynin, ailəsinin körpələrinin və əshabının Məhərrəm ayının 10-da Kərbəlada şəhid edilməsi, bu ayın müsəlman dünyası üçün matəm ayı kimi yadda qalması və qeyd edilməsinə səbəb olub. Artıq müsəlmanlar 1400 ilə yaxındır ki, Aşura və Tasuanı qeyd edir. Bununla yanaşı bu matəm hər il çoşqu ilə və daha geniş şəkildə imamsevərlər tərəfindən qeyd edilir. Oxşar xəbərlər
|