"Cəmiyyətdə icimai qınaq dirçəldilməlidir."
"İmam Hüseyn (ə)-ın Kərbala qiyamının məqsəd və amallarından bir də əmr be məruf və nəhy əz münkəri bir vacib vəzifə olaraq diriltmək idi" - Ayətullah Məkarim Şirazi. Ayətullah Məkarim Şirazi ötən gün şəhid övladları ilə görüşündə məhərrəm ayının başlanması münasibəti ilə qeyd edib: "İmam Hüseyn (ə)-ın Kərbala qiyamının məqsəd və amallarından bir də əmr be məruf və nəhy əz münkəri bir vacib vəzifə olaraq diriltmək idi." Ayətullah tövsiyə etdi ki, biz də bu vacib qanuna əməl etməli və onu diri saxlamalıyıq. Alim cəmiyyətdə fəsad və günah vasitələrinin çoxalmasına toxunaraq qeyd edib: "Fəsad amili və vasitələri cəmiyyətdə günü - gündən çoxalmaqda və artmaqdadır. Bu günlərdə günah və fəsada batmaq olduqca asandı. Buna görə də, cavanlarımızı qorumalıyıq." Ayətullah Məkarim Şirazi sonda bəyan etdi ki, "düşmənlərin nüfuzunun qarşısını almalıyıq. Onlara məkrli planlarla müsəlmanların arasında təfriqə salmağ icazə verməməliyik."/shabestan/ nardaranpiri.com Oxşar xəbərlər
|