Aşura qiyamı; tarixin unudulmaz qiyamı
İranın Məhkəmə Hakimiyyətinin sədri İmam Hüseyn(ə)-ın qiyamının başlıca müraciətini dini maarifin və mənəvi həyat tərzinin rəvac verilməsi adlandırıb. İran İslam Respublikası Məhkəmə Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, Ayətullah Sadiq Amoli Laricani Məhkəmə Hakimiyyəti rəsmilərinin iclasında İmam Hüseyn(ə) üçün əzadarlıq ilə yanaşı Kərbəla qiyamının dərin fəlsəfəsinə də diqqətin göstərilməsini zəruri adlandırıb və deyib: Aşura qiyamı, sadə bir qiyam deyildi. Bəşəriyyət tarixinin unudulmaz, böyük bir qiyamı idi. Bu qiyamın bütün cəhətləri, hədəfləri və fəlsəfəsinə diqqət göstərilməlidir. İranın Məhkəmə Hakimiyyətinin sədri daha sonra deyib: Əgər İmam Hüseyn(ə) üçün əzadarlıq mərasimi Aşura qiyamının hədəflərini özündə əks etdirmiş olarsa, o zaman, Aşura qiyamı yalnız şiələr üçün deyil, bütün bəşəriyyət üçün mənəvi nicat və feyz mənbəyinə çevrilmiş olar. Sahartv.ir Oxşar xəbərlər
|