Rusiyada Qurani- Kərimin 5 unikal nüsxəsi saxlanılır
Rusiyada Qurani- Kərimin bir neçə qədim əlyazması saxlanılır ki, bunlarda ən qədimi VII əsrin sonlarına gedib çıxır.
Maide.az xəbər verir ki, bu qədim əlyazmaların mənşəyi Belarusiyadan Afrikaya qədər geniş bir coğrafi ərazini əhatə edir. Rusiyada qorunub saxlanılan Quranın ən maraqlı 5 nüsxəsinin siyahısı aşağıda qeyd olunur: Osmanlı Quranı Sankt-Peterburqdakı Şərq Əlyazmalar İnstitutunda bir Qurani-Kərim nüsxəsi var. Bu nüsxəni Orta Asiya müsəlmanları uzun əsrlər boyu Quranın ən birinci əlyazmalarından biri hesab edirdilər. Bu, Rusiyada saxlanılan ən qədim Quran nüsxələrindən biridir. Kufi Quranı Kufi Quranlarının çox qədim səhifələri Rusiya muzeylərinin tarixi kolleksiyalarında xüsusi yerə malikdir. Rusiya Milli Kitabxana Kolleksiyası Avropada və dünyada qədim Kufi əlyazma nüsxəsi ilə olan ən böyük kolleksiyalardan biri sayılır və bu kolleksiyanın ən əhəmiyyətli hissəsi həmin Kufi xətti ilə olan qədim Quran nüsxəsidir. Bunun ikinci hissəsi isə hal-hazırda Paris Milli Kitabxanasında saxlanılır. Bu Quranın mənşəyi Qahirənin və Afrika qitəsinin ən qədim məscidi olan “Əmr İbn As” məscididir. Tatar Quranı Moskvadakı Rusiya Qədim Əsərlər Arxivində saxlanılan Quranın ən unikal nüsxələrindən biri Tarar Quranı adlanan nüsxədir ki, 1560-cı ildə İvan Moxovın hakimiyyəti dövründə hazırlanıb. Bu Quran tatarlar tərəfindən müəyyən mərasimlərdə and içmək üçün istifadə edilirdi. Müsəlmanların bu Quranı and içmək üçün istifadə etmələri həmin nüsxənin qorunub saxlanılmasına səbəb olmuşdur. 8 güşəli miniatur Quranlar kolleksiyası Rusiya Elmlər Akademiyasının “Böyük Pyotr” adına Antropologiya və Etnoqrafiya Muzeyində saxlanılan 8 güşəli 3 miniatur Quran da Rusiyada misilsiz kolleksiyalardan biridir. Fabrje Quranı Rusiyada Quranın unikal nüsxələrindən daha biri Rusiya kral sarayının zərgəri “Karl Faberje”-yə məxsus olub. O bu nüsxəni bir fransız şahzadədən alıb. Bu nüsxə Sankt- Peterburqun elmi kolleksiyalarından birində saxlanılır. / Oxşar xəbərlər
|