Ayətullah Amuli: "Bu alimin mübarizəsi İmam Zamanın (ə.f) nəzəri altındadır...
İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə əsasən, nüfuzlu təqlid mərcəsi Ayətullah Nimrin edam hökmünə münasibət bildirib. Filosof, Qum hövzəsinin böyük ustadlarından olan Ayətullah Cavadi Amuli Səud rejiminin qərəzli hökmünə münasibət bildirərək deyib: “Bu böyük alimin mübarizəsi imam Zamanın (ə) nəzəri altındadır. Səud rejiminin ağılsız məsulları bilməlidirlər ki, bu böyük alimin qanı axarsa onun vəlisi öz səltənəti vasitəsi ilə Ali Səudu devirəcəkdir. Çünki, göy və yer Allahın ordusudur. Ayətullah Nimrin övladları qan sahibidirlər, lakin ayağa qalxmış xalq, dünya alimləri, islam dövləti onun övladlarını müdafiə edənlərdir. Bu sadalananlar Allahın ordusu adı ilə onun varislərinin qan bahasını və diyəsini almaq üçün dik dayanıblar. Onun diyəsi Səud rejiminin süqutudur. Ümüd edirik ki, bu Quran sayağı nəsihətləri Səud rejiminə təsir edəcək və ən azı onların ağlını geri qaytarmağa yardımçı olacaq.”
Mənbə : İslamazeri Oxşar xəbərlər
|