Şeyx Nəmirin anasına vəsiyyət məktubu!
Bu iradə və hiss sənə Allah tərəfindən verilən böyük əmanətdir
Barəsində Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin masası üzərinə edam aktının son təsdiq sənədi qoyulmuş Ərəbistan şiələrinin fəal ruhanisi Şeyx Nəmir (ictimai şəbəkələrdə yayılmış) anasına yazdığı son vəsiyyətində belə bildirir: “Ey Ümmi Cəfər, səbirli anam, Allaha hər bir halda şükür etməliyik! Ana, Allahın bizə yazdığı hər hansı təqdirə görə şükür edib, razı olun! Hər bir halda Onun təqdiri bizim tədbirimizdən yaxşıdır, Onun seçdiyi bizim seçimimizdən üstündür. Odur ki, Onun bizim üçün təyin etdiyi hər şeydən kamildir və biz də, Onun məsləhətini istəyirik. Hər bir şey mütəal Allahın əlindədir, kainatda heç bir hadisə Onun izni olmadan baş vermir, heç kəs Onun iradəsindən kənar bir iş görə bilməz! Hər bir şey Allahın iradə və izni altında olduğu halda bu bizə kifayətdir. Bu iradə və hiss sənə Allah tərəfindən verilən böyük əmanətdir. Allah səni və hamınızı qorusun!” Nur-az.com/shia-news Oxşar xəbərlər
|