Hizbullah: Fələstin şiə və sünnilərin ortaq mübarizəsidir
Hizbullah baş katibinin müavini Naim Qasim İranın Livandakı Mədəniyyət nümayəndəsi Mehdi Şəriətmədari ilə görüşündə İslami vəhdətin əhəmiyyətini vurğulayıb. Şəriətmədarinin "İslam Məzhəblərini Yaxınlaşdırma Təşkilatı"nın baş katibinin "vəhdət" məktubunu Naim Qasimə təqdim etdiyi görüşdə Fələstin mövzusu da müzakirə edilib. Naim Qasim Fələstin mübarizəsinin ümmətin ortaq mübarizəsi olduğuna işarə edərək, digər bir çox mövzuda məzhəb alimlərinin ortaq bir münasibət sərgiləmələri çətin ikən, Fələstin mübarizəsi üzərində şiə-sünni, bütün müsəlmanların ittifaq etdiyini ifadə edib. Çıxışının davamında İmam Xomeyninin Fələstin ilə əlaqədar sözlərini də xatırladan Qasim "İmamın sözləri Fələstin mübarizəsinin ilahi bir təbiətə sahib olduğunu ortaya qoyurdu", - deyə vurğulayıb.
Mənbə : İslamazeri Oxşar xəbərlər
|