Ayətullah Xamenei Ərbəin yürüşündə onun şəkillərindən istifadə edilməsini qadağan etdi
“Bu toplantı məhz Ərbəin məsələsi üzərində olmalıdır. İxtilaf sala biləcək bütün vasitələrdən çəkinin.”
Nardaranpiri.com-un ABNA- Xəbər Agentliyinə istinadən verdiyi xəbərə əsasən, Ümümdünya Müsəlmanlarının Həcc və Ziyarətlər üzrə nümayəndəsi Höccətül İslam vəl Müslimin Seyyid Əli Qazi Əskər İslam Təbliğatı Mərkəzinin konfrans zalında keçirilən "Ərbəin Mərasiminə Göndərilən Təbliğatçılar" konfransında işirak edib. Vəliyyi Fəqihin nümayəndəsi konfransda çıxış edərək Ərbəin yürüşünü dünyanın misilsiz və ən böyük insan toplantısı olduğunu qeyd edərək, bunun bir dini yığıncaq olduğunu vurğulayıb. Ərbəin haqda edən çıxışının davamında Seyyid Əli Qazi Əskər bildirib ki, İslam İnqilabının Ali Rəhbəri Ərbəin yürüşündə onun şəkillərindən istifadə etməsini qadağan edib. Vəliyyi Fəqihin Həcc və Ziyarətlər üzrə nümayəndəsi bildirib ki, bu sözləri İmam Xamenei həzrətləri buyurublar: "Bu toplantı məhz Ərbəin məsələsi üzərində olmalıdır. İxtilaf sala biləcək bütün vasitələrdən çəkinin."/ABNA/ nardaranpiri.com Oxşar xəbərlər
|