Vahid İslam ümməti yaranmalıdır!
Bu gün dünya müsəlmanları arasında İslam kimliyi hissi güclənmişdir, İran xalqı ilahi yardıma inamla inkişafda, zülmə, cəhalətə və ədalətsizliyə qarşı mübarizədə səngərləri bir-bir fəth etməkdədir.
Əgər İslam cəmiyyətində ağıl və düşüncənin işlədilməsi geniş yayılsa, İslam dünyasının çoxlu problemləri həllini tapar. İslam və Quran təlimlərinə dair düzgün və dərin baxışın olmadığına görə bu gün bəzi qüvvələr İslam adı altında müsəlmanlara zülm edir, qətliamlar törədir və hətta günahsız qız uşaqlarını oğurlayırlar. Bu gün düşmənlər İslamla açıq mübarizəyə keçmişlər. Onların ən mühüm alətləri etiqadi ixtilaflar və sünni-şiə savaşı törətməkdir. Ağıl və düşüncənin köməyi ilə düşmənin rolunu və məqsədlərini görüb təhlükələrdən qorunmaq olar. Vahid İslam ümmətinin yaradılması İslam dünyasının zəruri ehtiyaclarından biridir, müsəlmanlar arasında ixtilaf törətməkdə, şiə və İran xofu yaratmaqda əsas məqsədlərdən birinin hegemon düşərgənin öz problemlərinə don geyindirməsindən və işğalçı sionizm rejimini qorumaqdan ibarətdir. Müsəlman xalqlardan, xüsusən də İslam ümmətinin görkəmli və aparıcı şəxsiyyətlərindən gözlənir ki, ayıqlıqla düşmən cəbhəni tanısınlar və bu həqiqətləri yaxşı dərk etsinlər. Qərb super dövlətləri bu gün Peyğəmbərin mübarizə apardığı cahiliyyətin təbliğatçısıdır. Ədalətsizlik, ayrıseçkilik, insan məqamına hörmətsizlik, cinsi məsələlərin qabardılması, fəsadların təbliği və digər məsələlər azğın Qərb mədəniyyətinin nümunələrindən olub, o zamankı cahiliyyətin modern üsullarla bərpasından başqa bir şey deyil. Ali Lider Ayətullah Seyyid Əli Xamenei / http://maide.az/ Oxşar xəbərlər
|