İnqilab Rəhbərinin son məktubu fitrətlərin islam dinindəki mövcud həqiqətlərə dəvətidir
Mьəllif: admin1
Tarix: 11-12-2015, 15:07
Bцlmə: Xəbərlər
İnqilab Rəhbərinin son məktubu fitrətlərin islam dinindəki mövcud həqiqətlərə dəvətidir
Tehranın bu həftəki cümə namazının xətibi İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə son məktubunu fitrətlərin işıqlandırılması və islam dinindəki mövcud həqiqətlərə dəvət olunması adlandırıb.

Tehranın bu həftəki cümə namazının xətibi Höcətülislam vəlmüslimin Siddiqi Azərbaycan Respublikası polisinin Nardaran qəsəbəsi dindarları ilə toqquşması barəsində də bu ölkə hökumətinə tövsiyə edib ki, bu ölkə dindarlarını incitmək Azərbaycan Respublikası hökumətinin xeyrinə deyildir.

Höccətülislam vəlmüslimin Kazım Siddiqi İslam İnqilabının Böyük Rəhbərinin qərb gənclərinə 2-ci məktubuna toxunub və əlavə edib: Bu məktub haqq və batil arasında seçim yaradır və qərb ölkələrinin gənclərinə xəbərdarlıq edir ki, hansı maneələrin həqiqətlərin qarşısını aldığını , qərb dünyasının vizual gözəlliyi, sərtlik, radikallıq və terroru araşdırsınlar.

Tehranın müvəqqəti imam cüməsi İslam İnqilabının Böyük Rəhbərinin qərb ölkələri gənclərinə məktubunda sərtliyin köklərinin araşdırıldığını və qərb dünyasının ikili standartlarının incə və hikmətli şəkildə əks olunduğunu bəyan edərək ümidvarlıq edib ki, bu məktub İslam İnqilabının qloballaşmasının müjdəsi olacaqdır.

Tehranın bu həftəki cümə namazının xətibi İranda Tələbə Gününə toxunaraq deyib: İran tələbələrinin mentaliteti qərbdə olduğundan fərqlidir.

Höccətülislam vəlmüslimin Siddiqi bildirib: İran tələbələrinin dini mentaliteti vardır və qərblilər bütün səylərinə baxmayaraq, universiteti düşüncə mərkəzinə çevirə bilməmişlər.

Tehranın bu həftəki cümə namazının xətibi imperializm, yalan və vizuallıqla mübarizə və tələbə və istiqlaliyyətsevərlik mentatlitetinin canlanmasını İranın müsəlman tələbələrinin önəmli göstəricisi adlandırıb.

Höccətülislam vəlmüslimin Siddiqi həmçinin Türkiyə ordusu hərbçilərinin İraq ərazisinə daxil olmasını pisləyərək bu hərəkəti Türkiyə, islam ölkələri və regionun təhlükəsizliyinin zərərinə olan təhlükəli bidət adlandırıb.

Tehranın cümə namazı xətibi Türkiyə rəsmilərinə xəbərdarlıq edib ki, ölçülməmiş hərbi addımlarla regionun təhlükəsizliyini gərginləşdirməsinlər.


sahartv.ir
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031