Ayətullah Həmədani və Ayətullah Qolpayqanidən Nigeriyadakı qətliama reaksiya
Mьəllif: admin1
Tarix: 15-12-2015, 14:05
Bцlmə: Xəbərlər
Ayətullah Həmədani və Ayətullah Qolpayqanidən Nigeriyadakı qətliama reaksiya
İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, bəyanatda Nigeriya hərbçilərinin şiələrə və bu ölkənin islami cəmiyyətinin baş katibi höccətulislam İbrahim Əlzəkzakiyə hücumu pislənilib. Nigeriya hərbçilərinin bu ölkə şiələrinə hücum etmələrindən təəssüflənərək, müsəlmanlar və şiələrin hüquqlarının qorunması, eləcə də özbaşına hərbi ünsürlərin cəzalandırılmaları, həmçinin Əlzəkzakinin və digər zərər çəkənlərin azad və müalicə edilmələrinin vacibliyini önə çəkən böyük İslam alimi hazırkı şəraitdə təfriqə salan təkfirçi və sələfçi qruplar və "Boko haram" ilə mübarizədə müsəlmanların birliyinin qorunmasını zəruri sayaraq, Nigeriya hökumətindən istəyibdir ki, öz səylərini özünün əsl düşməni olan "Boko haram" ilə mübarizə üçün göstərsin. Digər böyük İslam alimi, mərcəi təqlid müctehidi Ayətullah Lütfillah Safi Qolpayqani də dünən beynəlxalq və dünya ictimaiyyətinin Nigeriya şiələrinin qırğın edilmələri qarşısında susmalarını tənqid edərək deyib: "Bütün dünya bu çirkin cinayəti pisləməlidir və xüsusən islami ölkələr bu cür faciələrin qarşını almaq üçün lazımi və münasib addımlar atmalıdırlar."
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031