İslam dünyası Həzrət Məhəmməd(s)ın `Mövlud həftəsi`ni qeyd edir
Mьəllif: admin1
Tarix: 24-12-2015, 09:20
Bцlmə: Xəbərlər
 İslam dünyası Həzrət Məhəmməd(s)ın `Mövlud həftəsi`ni qeyd edir
Həzrət Məhəmmədin (s) doğum günü müsəlmanlar arasında bayram kimi hər il qeyd olunur. İslam tarixi mənbələrində bu gün qismində iki təqvim - Rəbbiül əvvəl ayının 12-si və 17-si qeyd olunur.Bu münasibətlə mövlud günləri hər il həftə ərzində qeyd olunur və mövlud həftəsi adlandırılır. “Vəhdət həftəsi” artıq başlayıb və bir sıra müsəlman ölkələrində ənənəvi mövlud tədbirləri, mərasimlər keçirilir. Vəhdət həftəsi müsəlman dünyasının bayramıdır, Peyğəmbər məktəbinin şad günüdür. Bu günlərdə məzhəblər arasında qardaşlığa yönəli proqramların icrası üçün münasib fürsət yaranır.

Bu il Hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri bəzi ölkələrdə rəbbiül əvvəl ayının bir gün tez daxil olması ilə əlaqədar 23-29 dekabra təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir.Rəvayətlərə əsasən, Peyğəmbər Həzrəti- Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb.

Qeyd edək ki,20-ci əsrin böyük İslam alimlərindən olan, İslam İnqilabının banisi mərhum Ayətullah Ruhullah Xomeyni 1981-ci ildə Həzrəti Məhəmməd(s)ın mübarək mövludu olan 12-17 Rəbiul-əvvəl tarixlərini müsəlmanların birliyi naminə "Vəhdət həftəsi" adlandıraraq həftə ərzində qeyd etməyə səslədi.O zamandan başlayaraq 12-17 Rəbiul-əvvəl "Vəhdət Həftəsi" adında qeyd olunmaqdadır.
Əziz Peyğəmbər Həzrət Məhəmmədin (s) mövludu 2015-ci ildə İslam ölkələrində iki dəfə qeyd olunub.

Belə ki, bu il Hicri-qəməri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günləri 4-9 yanvar 2015 və 24-29 dekabr 2015-ci ilə təsadüf edir və bu günləri İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir. /



maide.az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930