Ayətullah Xamenei: Vəhdət İslam Dünyasının şəfaverici reseptidir
Vəhdət və birlik İslam Dünyası üçün şəfaverici reseptdir. Hazırda regionda mövcud olan təfriqə və ixtilaflar qeyri-təbii və zorla qəbul etdirilmişdir. Buna görə də, İslam Dünyası alimləri, ziyalıları, dövlət rəsmiləri, siyasətçiləri və istedadlı şəxsləri bu ixtilafların və təfriqələrin arxasında duran İslam Ümməti düşmənlərinin varlığından agah olmalıdırlar. Baş verən hadisələrin qeyri-təbii olmasının səbəblərinə gəlincə region ölkələrində şiələr və sünnilərin uzun illər bir-birinin kənarında dinc yaşama malik olmasıdır. Əgər İslam Ümməti birliyə malik olsaydı və ortaqlıqlara təkid etsəydi, şübhəsiz dünya siyasətində özünəməxsus bir qüdrətə çevrilərdi. Amma, böyük qüdrətlər öz maraqlarını və sionist rejimi qorumaq üçün bu ixtilafları İslam Ümmətinə qəbul etdiriblər.
Bəzi islam dövlətlərinin sionist rejimə qarşı simpatiya bəsləməsinə rəğmən, müsəlmanlar arasında bu rejimə qarşı olan nifrət var. Hegemonçu qüdrətlər bəzi islam dövlətlərinin daxilində mövcud olan ləyaqətsiz insanlar ilə əlaqələr yaradaraq, müsəlman xalqların diqqətini sionist rejimdən yayındırmaq məqsədi ilə məzhəblərarası müharibələri planlaşdırdılar, əl-Qaidə və İŞİD kimi cinayətkar dəstələr vasitəsilə icraya qoydular. Ali Lider Ayətullah Seyyid Əli Xamenei / maide.az Oxşar xəbərlər
|