Bu gün Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiq (ə)-ın mövlud günüdür
BAYRAMINIZ MÜBARƏK
NƏBİYYİ ƏZƏM MUHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) Şərif ləqəbi: Mustəfa. Künyələri: Əbül-Qasim, Xeyrül-bəriyyə, Nəbiyyür-rəhmət, Sahibül-mülhimə, Mühəllilüt-təyyibat, Xatəmün-nəbiyyin, Rəsulül-həmmadin, Rəhmətən lil-aləmin, Qaidül-ğürril-mühəccəlin, Əbdüllah, Xiyərətullah, Seyyidül-mürsəlin, İmamül-müttəqin, Həbibullah, Səfiyyullah, Nemətullah, Sahibül-liva, İbnül-Fəvatim, Əl-Əbdül-müəyyəd, Ənnəbiyyül-mühəzzəb, Əssəfiyyül-müгərrəb, Əl-həbibül-müntəcəb, Əl-əminül-müntəxəb, Sahibül-hövzi vəl-Kövsər, Xeyrül-bəşər, Əl-Mürtəza lil-elm, Mühərrimül-xəbais, Miftahül-cənnət, Dəvətü İbrahim, Buşra İsa. Atası: Əbdüllah. Anası: Amənə binti Vəhəb. Doğulduğu gün: 17 Rəbiül-əvvəl, cümə günü, sübh çağı. Doğulduğu yer: Məkkeyi Müəzzəmə. Doğulduğu il: Fil ili (amül-fil) (622-ci miladi ili, adil padşah Ənuşirəvanın hakimiyyəti dövrü). Vəfat etdiyi gün: 28 Səfər, bazar günü, axşam çağı. Vəfat etdiyi il: Hicrətin11-ci ili. Ömrü: 63 il. Vəfat səbəbi: Yeməyinə qatılmış zəhər. Dəfn olunduğu yer: Mədineyi-Münəvvərə. Övladlarının sayı: 7 (3 oğul, 4 qız). Oğlanları: 1. Qasim (Tahir). 2. Əbdüllah (ləqəbi Təyyib); bu iki oğlanın anası Xədicədir. 3. İbrahim (anası Mariyədir). Qızları: 1. Zeynəb. 2. Rüqəyyə. 3. Ümmü Gülsüm. 4. Fatimə (salamullahi əleyha). Mübarək üzüyündəki yazı: Kəlиmeyi-şəhadət (əşhədu ən la ilahə illəllah, əşhədu ənnə Muhəmmədən rəsulullah). İMAM CƏFƏR (ƏLEYHİSSALAM) Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq. Künyəsi: Əbu Əbdillah. Atası: Muhəmməd Baqir (əleyhissalam). Anası: Qasim ibni Muhəmməd ibni Əbu Bəkrin qızı Fatimə (künyəsi Ümmü Fərvə). Doğulduğu gün: 17 Rəbiül-əvvəl. Doğulduğu yer: Mədineyi-Münəvvərə. Doğulduğu il: 83-cü hicri ili. Şəhid olduğu gün: 25 şəvval. Şəhid olduğu il:148-ci hicri ili. Ömrü: 65 il. Şəhadətinin səbəbi: Mənsur Dəvaniqi o Həzrəti zəhərləmişdir. Dəfn olunduğu yer: “Bəqi” qəbiristanlığı. Övladlarının sayı: 10 (7 oğlan, 3 qız) Oğlanları: 1. İsmail. 2. Əbdüllahi Əftəh. 3. Musayi Kazim (əleyhissalam). 4. İshaq. 5. Muhəmməd Dibac. 6. Əbbas. 7. Əli. Qızları: 1. Fatimə. 2. Əsma. 3. Ümmü-Fərvə. Üzüyündəki yazı: “Əllahu Xaliqu kulli şəyin” (Allah hər bir şeyin xaliqidir). nur-az.com Oxşar xəbərlər
|