İslam İnqilabının Böyük Rəhbəri ölkə rəsmiləri və "İslami Vəhdət Konfransı" iştirakçıları ilə görüşdə mühüm bəyanatla çıxış ediblər
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei deyiblər: Bu gün, artıq İslam Dünyasının elm və dünyəvi vasitələrdən, o cümlədən ağıl, tədbir və bəsirətdən istifadə edərək, "Yeni İslam Sivilizasiyası"nın quruculuğu istiqamətində hərəkət etməsi vaxtıdır.
Həzrət Ayətullahülüzma Xamenei çərşənbə axşamı müxtəlif təbəqədən olan sadə vətəndaşlar, ölkə rəsmiləri və Tehranda keçirilən 29-cu beynəlxalq Vəhdət konfransı iştirakçıları ilə görüşdə İslam Peyğəmbərinin(s.ə.s) və İmam Sadiqin(ə) səadətli mövlud günü münasibəti ilə onları təbrik edib və deyiblər: Bu gün İslam ümmətinin vəzifəsi İslam Peyğəmbərinin(s.ə.s) miladını qeyd etməklə bitmiş hesab olunmur. Əksinə, İslam dünyası yeni İslam sivilizasiyasına nail olmaq üçün var-gücü ilə səyə göstərməlidir. İslam İnqilabının Böyük Rəhbəri yeni İslam sivilizasiyasının formalaşdırılmasında İslam dünyası siyasətçilərinə ümid etməyin yersiz olduğunu qeyd edərək, deyiblər: Bu gün İslam alimləri və ziyalılarının başlıca vəzifəsi zülm, zorakılıq və ayrı-seçkiliyin bürüdüyü dünyaya həqiqi İslam və mənəviyyat ruhunun üfürülməsi istiqamətində ciddi cəhdin göstərilməsidir. Həzrət Ayətullahülüzma Xamenei düşmənlərin yeni İslam sivilizasiyasının formalaşmasına mane olmaq üzrə istifadə etdikləri vasitələrdən birinin müsəlmanlar arasında təfriqə törətmək olduğunu bildirib və deyiblər: ABŞ siyasətçilərinin ədəbiyyatına şiə və sünni mövzusunun daxil olduğu zamandan bəri, onların öncəkindən daha təhlükəli olan bir fitnə ardınca olduqları məlum oldu. İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Amerikalılar müsəlmanlar arasında ixtilaf törətmək ardıncadırlar və İŞİD kimi terror qruplaşmalarının yaradılması da elə bu məqsədə xidmət edir. Bu terrorçu qruplaşmalar ABŞ-ın əlaltılarının pulları və siyasi himayələri sayəsində formalaşıb və İslam dünyasında dəhşətli faciələrə səbəb olur. Həzrət Ayətullahülüzma Xamenei dünya imperializminin müsəlmanlar arasında daxili müharibənin törədilməsindəki məqsədini İslam ölkələrinin infrastrukturlarını Suriya, Yəmən və Liviyada olduğu kimi məhv etmək adlandırıb və deyiblər: Bu fitnə qarşısında sakit oturmaq və ya təslim olmaq olmaz. Bəsirət və müqavimət yolu ilə düşmənin fitnələri qarşısında dayanmaq lazımdır. İslam İnqilabının Böyük Rəhbəri İslam dünyasının Bəhreyndə müsəlmanlara edilən zülm və zorakılıqlar habelə, bir ilə yaxındır ki, Yəmən xalqına edilən hücumlar, Suriya və İraqda cərəyan edən hadisələr və Nigeriyada törədilən cinayət qarşısında sükut etməsini qınayaraq, deyiblər: Nəyə görə islahatçı və mömin bir alimin başına belə bir faciə gətirilir və minə y axın insan qırğın edilir, onun övladları şəhid edilir, amma, İslam dünyası bunun qarşısında səssiz qalır? Həzrət Ayətullahülüzma Xamenei daha sonra deyiblər: Amerikalılar üçün şiə və sünni arasında heç bir fərq yoxdur. Onlar, İslam əhkamı və şəriət qaydaları əsasında yaşamaq istəyən hər bir müsəlman ilə müxalifdirlər. İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Gücə və sərvət dünyasının İslam dünyası üçün var gücü ilə fitnə hazırladığı bir vaxtda, heç bir kəs baş verənlərdən xəbərsiz olmaq haqqına malik deyil. sahartv.ir Oxşar xəbərlər
|