Ayətullah Xamenei kimi rəhbəri olan...
Mьəllif: admin1
Tarix: 30-12-2015, 18:02
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei kimi rəhbəri olan...
Kanadanın Crescent International qəzetinin baş redaktoru, Müasir İslam Düşüncəsi İnstitutunun rəhbəri Zəfər Bənqaş Farsnews informasiya şəbəkəsi ilə söhbətində deyib:

2015-ci ildə baş vermiş hadisələr arasında üç hadisə mənim nəzərimcə daha böyük əhəmiyyət kəsb edir: Səudiyyə Ərəbistanının Yəmənə hücumu, İranla nüvə razılaşması və Rusiyanın İŞİD ilə birbaşa mübarizəyə başlaması. Bu üç hadisənin hər biri dünyaya təsirli hadisədir... İranla nüvə razılaşması barədə deyə bilərəm ki, bu razılaşma mühüm dəyişikliklərə səbəb olub və olmaqdadır. Qərb İranın nüvə proqramının sülhməqsədli olduğunu rəsmi şəkildə təsdiqləməyə məcbur oldu. İran dünya müsəlmanlarına, başqa əzilən xalqlara nümayiş etdirdi ki, prinsipial mövqe tutmaqla qələbəyə çatırsan, haqqını alırsan. Bu qələbə xalqın əksəriyyətinin dəstəklədiyi rəhbərliyin məhsulu idi. Bir ölkədə Ayətullah Xameneyi kimi fəqih, təqvalı rəhbər varsa və xalq agahlıqla səfərbər olursa, heç bir qüvvə bu ölkəni məğlub edə bilməz. İranın qələbəsinin İslam dünyası və qərb sisteminə ciddi təsirləri olacaq. İran ortaya qoydu ki, imperialist sistemini dizə çökürmək iqtidarındadır. İranın müqavimət və uğurları dünyanın bütün məzlum xalqlarına ümid verir...



Vilayet.nuraz.in
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031