"Şeyxin şəhadətilə bağlı İmam Zamana..." - Ayətullah Şahrudi
İslamazeri.az-ın “Mehrnews”-a istinadən verdiyi xəbərə əsasən, bu sözləri İranda yaşayan təqlid mərcələrindən olan Ayətullah Şahrudi Ayətullah Nimrin edam olunmasına münasibət bildirərkən deyib.
Ayətullah Şahrudi bu xəbərdən narahat olduğunu deyərək bildirib: “Bu hörmətli alim və Allah yolunda mücahid çoxlu təzyiq, əsirlik və işkəncədən sonra bu super cinayətkar və bölgənin üz qarası olan rejim tərəfindən, şəhid edildi. Bu şəhidin pak qanı narahatçılığa səbəb olsa da, gözəl vədlər də verməkdədir. Bu ruhaninin şəhid edilməsi qaniçən sionist Ali Səud rejiminin tarixin qaranlıqlarına əbədi olaraq həkk edilməsi üçün son addım idi. O ruhaninin pak qanı elə bir tufana səbəb olacaq ki, sonda bu həqiqi şeytan simvolunun məhvi ilə nəticələnəcək". İslam ümmətinin vəhdət və birliyinin vacibliyindən danışan Ayətullah "Hazırda onun vaxtı gəlib çatıb ki, islam ümməti fərqli düşüncə və səliqələrə malik olsalar da, Peyğəmbərin (s) bayrağı altında cəm olsunlar və İsrail və ABŞ rejiminin bu nümayəndəsinin məhvi üçün ayağa qalxsınlar və əli minlərlə müsəlmanın qanına boyanan bu canilərin əlini şərif məkanların hakimiyyətindən uzaqlaşdırsınlar. Bu rejimin məhv olmasının təkfirçi qrupların da məhvinə səbəb olacağı və islam dünyasını bu müsibətdən nicat verəcəyi gizli deyil" deyə danışıb. O sözlərinin sonunda deyib: "Mən bu alimin şəhadətini imam Zamana (ə), rəhbərimizə, islam ümmətinə və yaxınlarına təbrik və başsağlığı verirəm və Allahdan öz övliyaları ilə məşhur etməsini diləyirəm.” Oxşar xəbərlər
|