Şeyx Əl-Həmadi Cənab Ayətullah Xamenei haqqında fikirlərini bölüşüb
Beynəlxalq Vəhdət Konfransında iştirak edən iraqlı alim Şeyx Əl-Həmadi Cənab Ayətullah Xamenei haqqında fikirlərini bölüşüb (farhangnews.ir).
Şeyx Əl-Həmadi deyib: Ötən həftə siyasi partiyaların rəhbərləri ilə söhbətdə ümumi fikir bu oldu ki, Ayətullah Xamenei unikal, təkrarsız bir şəxsiyyətdir. Onun göstərişlərinə əməl etməklə ölkənin xoşbəxt gələcəyini təmin etmək olar. Bəəs rejimi İran İslam Respublikasına qarşı müharibə apardı, hər iki ölkədən milyonlarla insan Səddam Hüseynin yanlış siyasətlərinin qurbanı oldu. Amma nə İranda iranlı iraqlıya, nə də İraqda iraqlı iranlıya pis baxır. Səddamın süqutu göstərdi ki, xalqlarımız necə yaxın imiş. Sürgün dövründə İran minlərlə iraqlıya qucaq açıb. Ərəbəin dövründə iraqlılar iranlıları sevgi ilə qarşılayır. Terrorla mübarizədə İranın İraqa köməyi deyilənlərə sübutdur. Əgər İraqa səfər etsəniz, şahid olarsınız ki, iki ölkə arasında sərhədin adı var. Çoğrafi sərhəd bu iki xalqı ayıra bilməz. İraqlılar bu yaxınlığa İslam Respublikası, ilk növbədə Ayətullah Xameneinin diqqətinin səmərəsi kimi baxır. Düşmən İraqda sünni-şiə ixtilafı yaratmaq istəyir. İranın köməyi ilə bunun qarşısını almaq, müsəlmanlar arasında vəhdətə nail olmaq əzmindəyik. Vilayet.nuraz.in Oxşar xəbərlər
|