Şeyx Nimri müdafiə edən Səudiyyə şahzadəsi cəzalandırılıb - VİDEO
Səudiyyə Ərəbistanının keçmiş kralı Abdullan bin Əbdüləziz əs-Səudun qızı Səhər qapalı şəraitdə saxlanılır.
FaktXəbər-in verdiyi məlumata görə, o, bir neçə gün öncə hakimiyyətə qarşı etdiyi tənqidi çıxışına görə bu cəzaya məhkum olunub. Bu haqda şahzadə Səhərin özü və bacısı Cəvahir ABŞ-ın ərəbdilli telekanallarından birinə müsahibə verərkən danışıb. Şahzadələrin sözlərinə görə, onlar məcburi şəkildə Ciddədə yerləşən kral sarayında saxlanılırlar. Ev işlərini özlərinin gördüyünü deyən bacılar bütün hüquqlardan məhrum edildiklərini vurğulayıblar. Xatırladaq ki, bir müddət öncə şahzadə Səhər bint Abdullah bin Əbdüləziz şeyx Nimirin edamı ilə bağlı bəyanatla çıxış edərək Səud rejiminə qarşı etiraz etmişdi. maide.az Oxşar xəbərlər
|