Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimrin oğlu: `Mən atamla fəxr edirəm`
Mьəllif: admin1
Tarix: 17-01-2016, 10:09
Bцlmə: Xəbərlər
Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimrin oğlu: `Mən atamla fəxr edirəm`
Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimrin oğlu Məhəmməd Ən-Nimr atasıyla fəxr etdiyini deyib.

NPR saytına müsahibə verən Məhəmməd Ən-Nimr deyib ki, atası zorakılığa qarşı təbliğ edirdi.
Məhəmməd atasının Səudiyyə hökumətinin qatı tənqidçilərindən olduğu üçün onun atdığı addımlardan qürur duyduğunu dilə gətirib: "Biz 100 ildən artıq bir müddətdir ki, çalışırdıq səsimizi bütün dünya eşitsin. O, öz fəaliyyətilə dünyanın nəzərlərini Səudiyyə Ərəbistanı rəhbərliyinin hərəkətlərinə cəlb edə bildi. O göstərdi ki, bu rejim sözün müqabilində dözümsüzdürlər və insanları öldürülər".
Məhəmməd Ən-Nimr atasının terrorçu olmasıyla bağlı Səudiyyə hökumətinin iddiası haqda belə cavab verib: "Mən sadəcə demək istəyirəm ki, atam heç kimə qarşı zorakı söz işlətməyib. Bunu iddia edən varsa, bircə dəlil gətirsin. O, silahsız ikən qarşı 4 dəfə atəş açıb. Yaxşı o silahlı idisə, bəs niyə onun silahlı olduğunu sübut gətirə bilmədilər. Ancaq onlardan heç kim xəsarət almamışdır. Yalnızca o yaralanmışdır".

Məhəmməd Ən-Nimr bildirib ki, atasının edam edilməsi xəbərini evdə olarkən ona xəbər veriblər. O, əvvəlcə şokda olduğunu, amma sonra yüngülləşdiyini deyərək sözlərini bu cür davam edir: "O, 2012-ci ildən təkadamlıq kamerada saxlanılırdı. Bilirdim ki, onu buraxmaq fikrində deyillər. O, xüsusi rejimdə idi. Mən zindanla bağlı deyə bilərəm ki, o, hətta günəşə belə baxa bilmirdi."
Qeyd edək ki, yanvarın 2-də Səudiyyə rejimi nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimri edam edərək, bütün dünyada vicdanlıların narazılığını özünə qarşı qaldırıb. deyerler /

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031