Qışda sağlamlığı qoruyan 8 meyvə - SİYAHI
Hər bir meyvəni və tərəvəzi öz mövsümündə yemək daha məsləhətlidir. Bu sıradan qış meyvələrinin yeyilməsi sağlamlıq baxımından çox yararlıdır. İslamınSəsi Aile.lent.az-a istinadən qışda şəfalı olan 8 meyvə haqqında məlumatı təqdim edir.
Armud Sulu və şirin meyvə olan armud yeməkdən əvvəl yeyilməlidir. Zəngin karoten tərkibi səbəbindən sarı və yaşıl rəngə malikdir. A, B1, B2, B3, B6 və C vitamini ilə zəngindir. Qabıqlı yeyilməsi bağırsaq sağlamlığı baxımından çox faydalıdır. Qəbzliyi müalicə etmək üçün tez-tez yeyilməsi məsləhətdir. Qandakı törəmə turşusu və törəmə duzları xaricə ataraq böyrəklərin nizamlı işləməsini təmin edir. Armud soyutma təsiri ilə qızdırmanı salmaq qabiliyyətinə malikdir. Bir böyük stəkan armud suyu içmək qızdırmanı salmaqda təsirli ola bilər. Armuddakı antioksidant elementlər immunitet sistemini gücləndirir. Hər hansı soyuqdəymə narahatlığı hiss etdikdə armud suyu için. Armud suyunun iltihab əleyhinə təsiri var. Müxtəlif iltihab xəstəlikləri zamanı ağrını azaltmaq üçün istifadə edilir. armudda yüksək miqdarda bor elementi var. Bor bədəndə kalsiumu qoruyur, osteoporozun qarşısını alır və ya gecikdirir. Heyva Heyva xüsusən də qışda üşüyüb xəstələndikdə ilk köməyə gələn meyvədir. Ağciyər vərəminə və ağız yaralarına yaxşı təsir edir. Gümrahlıq verir. Heyva dənələri sıx pektin ehtiva etdiyi üçün ishalın qarşısını almaq üçün qaynadılıb suyu içilə bilər. Bronxit, xronik öskürək və vərəm müalicəsində istifadə edilir. Heyva damar sərtliyinə, qaraciyərin zəif işləməsinə yaxşı təsir edir, təzyiqi aşağı salır, öd kisəsinin işini nizamlayır. Heyva yarpaqlarını qaynadıb çay kimi içmək ürək ağrılarına yaxşı təsir edir, çünki sakitləşdirici xüsusiyyətə malikdir. Alma A və C vitamini bol olan almanın həll edilən və edilməyən lif tərkibli olması həm ishal, həm də qəbzlik müalicəsində ondan istifadə etməyə imkan verir. Sütun xərçəngindən qorunmaq üçün tez-tez yeyilə bilər. İmmunitet sistemini gücləndirir, həzmi asanlaşdırır. Xolesterola yaxşı təsir edir. Ətri rahatlandırcı təsirə malikdir və qan təzyiqini aşağı salır. Artrit, revmatizm və podaqra xəstəliklərinə qarşı xeyirlidir. Qreypfrut C vitamini baxımından zəngin olan qreypfrut immunitet sistemi üçün yararlıdır. Lakin dərman istifadə edirsinizsə, diqqətli olmağınız məsləhətdir. Nikatinin bədəndən xaric edilməsi və siqaret çəkmək istəyini azaldır. Qreypfrutdakı həll edilə bilən lif xolesterolun aşağı salınması üçün xeyirlidir. Aparılan yeni təcrübələr qreypfrut suyunda yüksək miqdarda olan naringin və naringenin adlı flavonoidlərin ağız xərçənginin yaranmasının qarşısını aldığını sübut edib. Qreypfrut insulin hormonunu təzyiq altına salır və insanda yemək hissini azaldır. Qreypfrutla çəki itirmək immunitet sisteminə təsir etmir. Üstəlik, həzm sisteminin sağlam işləməsində faydalıdır. Tərkibindəki yüksək lif qəbzliyin qarşısını alır. Kivi C vitamini deposu olan kivi infeksiyalarla mübarizə etmək və dəri qurumasının qarşısını almaq üçün faydalıdır. Kivi immunitet sistemini gücləndirir. Kivi antioksidant təsiri ilə xərçəngə riskini azaldır. Xüsusən də qadınlarda menopauzadan sonra müşahidə edilən döş xərçəngi riskini azaldır. Naringi Naringi C vitamini tərkibi ilə xüsusən qış aylarında soyuqdəymə, sətəlcəm və qripə qarşı müdafiə mexanizmini gücləndirir. Yüksək miqdarda olan potasium tərkibli olması yüksək təzyiqi aşağı salır. Ağ lifləri çox faydalıdır. Potasiumla zəngindir. Ürək xəstəliyi olanlar mütləq yeməlidirlər. Naringi soyulduqdan sonra mütləq yeyilməlidir. Nar Nar immunitet sistemini gücləndirdiyi üçün tez-tez yeyilməlidir. Fol turşusu, A və C vitamin tərkiblidir. Bundan başqa, selenium, maqnezium, fosfor kimi minerallarla zəngin olduğu üçün halsızlıq hiss etdikdə yeyilə bilər. Nar, xüsusən də tərkibindəki antioksidant sayəsində bədənin müdafiə sistemini gücləndirir. Aparılan araşdırmalarda nar suyunun dəri xərçənginə və kişilərdə prostat xərçənginə qarşı qoruyucu təsirə malik olması sübut edilib. Qış mövsümündə portağal, naringi və limonla bərabər narı da təzə formada və ya suyunu sıxaraq yeyən insanlarda xəstəliyə yaxalanma riski azalır. Portağal C vitamini və fol turşusu qaynağı olan portağal immunitet sistemini gücləndirir və qan azlığına yaxşı təsir edir. Qızdırma salma, iştah açma, qanı duruldan, həzmi asanlaşdıran, spazmın qarşısını alan, öd sökdürücü, yuxu gətirən və qurd salma qabiliyyəti var. Oxşar xəbərlər
|