Braziliyalı professor Məşhəddə İmam Rzanı (ə) ziyarət edərək müsəlman oldu
Mьəllif: admin1
Tarix: 10-02-2016, 16:23
Bцlmə: Xəbərlər
Braziliyalı professor Məşhəddə İmam Rzanı (ə) ziyarət edərək müsəlman oldu
Yapon universitetlərində dərs deyən braziliyalı professor Dr. Batista Qiumar müqəddəs Məşhəd şəhərində İslam dinini qəbul edərək müsəlman olub.

İslamı qəbul etməklə Əhli-Beyt (ə) məktəbinə üz tutduğunu deyən professor Dr. Batista Qiumar müsəlman olduğu üçün özünə Hüseyn adını seçib.

"Həyatın mənası ilə bağlı tədqiqatlarım zamanı İslamla rastlaşdığımda, həyatın reallıqlarının burda olduğunu gördüm", - deyə professor bildirib.

Professor Hüseyn Batista Qiumar həyat tərzi, diriliş və axirətə inamla bağlı İslamda lazımlı qaydada baxışların olmasının İslamı seçməsinə səbəb olduğunu bildirib.

"Müqəddəs Məşhəd şəhərini və İmam Rzanın (ə) hərəmini ziyarət etməyim də mənim İslamla bağlı düşüncələrimi yenilədi", - deyə Hüseyn Qiumar bildirib.

Qüds Rəzəvi ostanının qeyri-iranlı zəvvarlar məsələləri üzrə rəhbəri Seyid Məhəmməd Cavad Haşeminejad braziliyalı professorun İslama qayıdış mərasimilə bağlı açıqlama verərək, Allahı tanımağın və Onun dininə üz tutmaq üçün kifayət qədər məlumat əldə etmək, araşdırmalar aparmağın çox mühüm olduğunu vurğulayıb.

"İslam və xristianlıq kimi, ilahi dinlərin ortaq çox oxşarlıqları var, lakin təəssüf ki, bəzi insanlar dinləri bir-birinə qarşı qoymaq üçün onların arasında ayrı-seçkilik və ixtilaf yaratmağa cəhd edirlər", - deyə Seyid Məhəmməd Cavad Haşeminejad bildirib.(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031