Alimlərdən fizika səhəsində möhtəşəm kəşf
Mьəllif: admin1
Tarix: 12-02-2016, 10:33
Bцlmə: Xəbərlər
Alimlərdən fizika səhəsində möhtəşəm kəşf
Qravitasiya dalğalarının kəşfinə görə yəqin ki, "Nobel" mükafatı veriləcək.
İslaminsesi-nin slon.ru-ya istinadən verdiyi məlumata görə, alimlər fiziklərin açılışını 100 il gözlədikləri qravitasiya dalğalarının varlığını ilk dəfə olaraq təcrübə şəklində təsdiq etməyə nail olub.
Bu barədə Vaşinqtonda LIGO elmi kollaborasiya mətbuat konfransı zamanı bəyan edilib.
"Biz cazibə dalğalarını aşkar etmişik. Biz bunu etmişik" - deyə LIGO-nun icraçı direktoru Devid Reyç bildirib.
Alimin sözlərinə görə, dalğalar Yerdən 1,3 milyard işıq ili məsafədə olan iki iri qara dəliklərin toqquşması nəticəsində yaranıb. Siqnal 2015-ci il sentyabrın 12-də əldə olunub. Reyç qeyd edib ki, "məhz bu" Eynşteynin xəbər everdiyi ümumi nisbilik nəzəriyyəsinin özüdür. Kollaborasiyanın nümayəndələri qravitasiya dalğalarının kəşfinin Kosmosun tədqiqində yeni mərhələnin açacağını bildiriblər.
Dalğalar Yerə çatan zaman onlar lazer detektorunun şüasını min diametrli protona qatıb. Alınmış əyilmələr alimlər qrupu tərəfindən səsə çevrilib.
Alimlərin cazibə teleskopların vasitəsilə yeni cazibə dalğalarını müəyyən etmələri şəyiələri ötən ay tətqiqat üzrə çalışmayan kosmoloq Lourens Kraussun "müstəqil mənbələrdən" qravitasiya dalğalarının kəşfinin mümkünlüyü barədə bildirməsindən sonra yayılmışdı.
Cazibə dalğaları Albert Eynşteyn tərəfindən 100 il əvvəl xəbər verilmişdi. Onlar ümumi nisbilik nəzəriyyəsinin bir hissəsidir. Belə dalğalar ən sadə nümunəsi - iki obyektin (cismin)onlara heç bir qüvvə təsir etmədiyi zaman sərbəst düşməsində bir-birindən tədricən uzaqlaşması və bir-birinə yaxınlaşmasıdır.
Nəşrin qeyd etdiyinə əsasən qravitasiya dalğalarının kəşfinə görə yəqin ki, Nobel mükafatı veriləcək.
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031