Bu qidalar ürəyi məhv edir!
Mьəllif: admin1
Tarix: 13-02-2016, 17:59
Bцlmə: Xəbərlər
Bu qidalar ürəyi məhv edir!
Bəzi qidaların çoxlu miqdarlarda qəbulu ürəyin və damarların sağlamlığına çox mənfi təsir edir.
Bu qidalar arasında:
- İstənilən marqarin, spred və s. kimi "yağlar". Onları həmçinin trans-yağlar adlandırırlar. Məhz bu yağlar qanda "pis" xolesterinin artmasına və bu xolesterinin damarlarn divarlarında yığılmasına səbəb olur. Damarlarda yığılan xolesterin damarları daraldır, onların elastikliyini pozur. Bu isə gələcəkdə infark və insultun inkişafına təkan verə bilər.
Bu səbəbdən həkimlər marqarin və buna oxşar "yağlardan" imtina etməyi tövsiyə edirlər.
Nəzərinizə çatdıraq ki, dükanlarda satılan hazır tort, pirojna, peçenye, vafli və s. bu kimi məhsulların tərkibinə də ucuz trans-yağlar daxildir.
- Kolbasa və sosis məmulatları. Bu məhsullar da qanda xolesterinin səviyyəsini qaldırır.
- Qırmızı ət (mal, qoyun). Az miqdarlarda qəbul olunduqda qırmız ət orqanizm üçün çox faydalıdır. Lakin çoxlu miqdarlarda yağlı qırmızı ətin qəbulu ürəyin sağlamlığına ziyan vurur. Alimlər qırmızı əti həftədə 2-3 dəfə yeməyi tövsiyə edirlər. Heyvanların beyini, böyrəkləri, qara ciyəri də qanda xolesterinin səviyyəsini qaldırır. Bu səbəbdən bu məhsulları da tez-tez yemək olmaz.
Toyuq diyetik məhsul sayılır. Lakin toyuğun dərisini yemək olmaz.
- Şəkər, şirniyyatlar. Bu məhsulların çoxlu miqdarlarda qəbulu qanda insulinin səviyyəsinin qalxmasına səbəb olur. İnsulinin qalxması isə öz növbəsində qanda xolesterinin qalxmasına səbəb olur.
- Yağlı süd məhsulları (yağlı xama, qaymaq və s.). Bu məhsulların çoxlu miqdarda qəbulu da ürəyin sağlamlığına ziyan vurur.
- Mayonez və digər yağlı souslar.
- Duz orqanizm üçün çox vacib maddədir. Lakin duzlu qidaların çoxlu miqdarda qəbulu ürəyin sağlamlığı üçün ziyanlıdır.
- Fast-fud qidaları (qamburger, kartof-fri, cips və s.) həm duz, həm də yağlarla zəngindir ki, bu da ürək və damar sağlamlığı üçün ziyanlıdır.

Saglamolun.Az
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930