Quranla tanışlıq, onu dərk etmək və anlamaq üçün bir başlanğıcdır
.... وَلَكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُالْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ ....
(…. Lakin Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız)…… ) Bu özü çox böyük bir nemətdir ki, Allah-Taala imanı və iman nişanəsini bizim xalqa sevdirsin və onu bizim ürəklərimizdə cilvələndirsin. Əgər Qurandan sözün əsl mənasında bəhrələnmək istəyiriksə, onda Quran maarifi və anlayışları ilə tanış olmalıyıq. Quranın tilavəti, onun əzbərlənməsi və öyrənilməsi də bizə bu istiqamətdə yardım edər. Əgər Qurandan dərs almaq məsələsi olmasaydı bizə bu qədər Quranı tilavət etməyi (oxumağı) sifariş etməzdilər. Diqqət etməliyik, Quran tilavətindən məqsəd səsi havada yaymaq deyil. Məqsəd bu deyil ki, necə ki, hansısa bir şeri kimsə gözəl avazla oxuyanda ondan ləzzət alınır, Quranı da gözəl avazla qiraət etsinlər və bizim onun gözəl səsindən xoşumuz gəlsin. Hədəf və məqsəd bunlar deyil. Bunların hamısı yəni tilavət, gözəl avaz, səs və s. vasitələr hamısı Quranı cəmiyyətə sevdirmək üçündür. Bu vasitələr Quranın cəmiyyətdə yayılmasına səbəb olur və ürəkləri oxşayır. Bu vasitələrin hamısı Quranı dərk etmək və anlamaq üçün bir başlanğıcdır. Quran maarifini dərk etməyin də özünün bir neçə mərtəbəsi var. (bu maarifin) Birincisi də elə Quranın sözlərinə və tərcüməsinə diqqət etməklə əldə olunur. Yəni Quran maarifi dedikdə, mənası bu deyil ki, elə sirli bir şeydir ki, heç kimsə onu dərk edə bilməz. Düzdür, Quranda çox yüksək dərəcəli maarif var ki, bizim kimilərin o maarifi dərk etməsi mümkinsizdir. Amma bir çox maariflər də var ki, ele bizim kimi adi insanlarda (Quranın) söz və ifadələrinə diqqət edərsə başa düşəcək və bəhrələnə biləcək./maide/ Ali Rəhbər, Ayətullah Seyyid Əli Xamenei Oxşar xəbərlər
|