Gürcüstanda Analar Günü qeyd olunub (Foto)
Mьəllif: admin1
Tarix: 4-03-2016, 10:26
Gürcüstanda Analar Günü qeyd olunub (Foto)
Martın 3-də Gürcüstanda Analar Günü bayramı qeyd olunub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bayram münasibəti ilə Gürcüstanın bütün şəhər və rayonlarında dövlət və hökumət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilib, Analar Günü bayramı ilə bağlı qadınlar gül-çiçək dəstələri ilə təbrik edilib.

Ölkədə keçirilən tədbir çərçivəsində Gürcüstan ombudsmanı Uça Nanuaşvili bəyanatla çıxış edərək analara hörmət və sevgisini, həmçinin onlara göstərilən qayğı və məsuliyyəti bildirib. O, həmçinin təəssüf etdiyini bildirib ki, Gürcüstanda hələ də qadın hüquqlarının müdafiəsi və gender bərabərliyi problemləri var.

Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda da Analar Gününə həsr olunan tədbirlər həyata keçirilib. Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili və rayon bələdiyyəsinin sədri Nəbi Abdullayev, həmçinin digər rəsmi şəxslər rayon ərazisində yaşayan ahıl yaşında olan gürcü və azərbaycanlı qadınları, 2008-ci il Avqust müharibəsində zərər çəkən aztəminatlı, kimsəsiz və çoxuşaqlı anaları Analar Günü münasibəti ilə gül-çiçək dəstələri ilə təbrik edərək onlara bayram hədiyyələri təqdim ediblər.

Bayram münasibəti ilə Tiflis şəhərinin Krtsanisi, Kvemo Kartli bölgəsinin Bolnisi, Qardabani və Dmanisi rayonlarında da tədbirlər təşkil edilib.

Qeyd edək ki, Analar Günü bayramı 1991-ci ildə Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın təşəbbüsü ilə təsdiq olunub və martın 3-də qeyd olunur.

Gürcüstanda Analar Günü qeyd olunub (Foto)
Gürcüstanda Analar Günü qeyd olunub (Foto)
Gürcüstanda Analar Günü qeyd olunub (Foto)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031