İslam İnqilabının Böyük Rəhbərinin mühüm bəyanatı
Həzrət Ayətullahülüzma Xamenei: İran xalqı son seçkilərdəki əzəmətli iştirakı ilə İslam Respublikası quruluşuna olan inamını əməldə nümayiş etdirmiş oldu.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei cümə axşamı 4-cü Rəhbərlik Xübrəqanı Məclisinin sədri və üzvləri ilə sonuncu dəfə görüşüblər. İnqilab Rəhbəri bu görüşdə İran xalqının 26 fevral tarixində keçirilən seçkilərdə yüksək səviyyədə iştirak etməsini alqışlayıb və deyiblər: İran xalqı İslam Şurası və Rəhbərlik Xübrəqanı məclislərinə seçkilərdə parladı və səsvermə haqqına malik olanların 62%-i bu seçkilərdə iştirak etdi. Bu isə demokratiya iddiasında olan bir çox ölkə ilə müqayisədə daha yüksək göstəricidir. İslam İnqilabının Böyük Rəhbəri İran xalqının seçkilər günü öz vəzifəsinə əməl etdiyinə işarə edərək, əlavə ediblər: İndi də ölkə rəsmiləri üzərlərinə düşən vəzifəyə əməl etməlidirlər. Həzrət Ayətullahülüzma Xamenei Rəhbərlik Xübrəqanı Məclisinin vəzifəsini "inqilabçı qalmaq, inqilabçı düşünmək və inqilabçı rəftar etmək" adlandırıb və deyiblər: Ölkənin gələcək rəhbərinin seçilməsində bu üç xüsusiyyətə əməl etmək Rəhbərlik Xübrəqanı Məclisinin başlıca vəzifəsidir və gələcək rəhbərin seçilməsində heç bir kənar maraqlar və mənafelər nəzərə alınmamalıdır. İslam İnqilabının Böyük Rəhbəri həmçinin, dövlət rəsmilərinin vəzifələrinə işarə edib və deyib: Hazırkı şəraitdə üç əsas vəzifə və prioritet ölkə rəsmiləri tərəfindən xüsusi diqqətə alınmalıdır. Bu üç əsas vəzifə müqavimət iqtisadiyyatı, elmi inkişafın davam etdirilməsi və ölkənin mədəni hücumlardan qorunmasıdır. O həzrət hazırkı zamanda İranın üç əsas prioritetini də açıqlayıb və "nüfuz məsələsi"ni son dərəcə önəmli adlandırıb və deyiblər: Həqiqi inkişafın yeganə yolu iqtisadiyyat, mədəniyyət və siyasət baxımından "ölkənin daxili quruluşunun möhkəmləndirilməsi", "inqilabçılıq xüsusiyyəti", "cihadçı hərəkət", milli və islami izzət və mahiyyətin" qorunması habelə, "dünyanın təhlükəli həzm sistemində həzm olmamaq"dır. İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: İran İslam Respublikası ABŞ və sionist rejim istisna olmaqla bütün dünya ilə anlaşmaya hazırdır. O həzrət regionda cərəyan edən hazırkı müharibələri tamamilə siyasi adlandırıb və deyiblər: İslam düşmənləri bu ixtilafları məzhəblərarası ixtilaflara çevirməyə çalışırlar. Bu yolla ixtilafların uzanmasına səy göstərirlər. Biz isə bu təhlükəli məqsədin gerçəkləşməsinə kömək etməməliyik. Oxşar xəbərlər
|