Həzrət Zəhranın (s) şəxsiyyəti hər zaman hamı üçün açıqlanmalıdır
ŞƏBİSTAN xəbər agentliyinin Qum şəhəri şöbəsinin verdiyi xəbərə görə, Həzrət Ayətullah Üzma Cəfər Sübhani Təbrizi ötən gün, Qum Dini Elmi Hövzəsi dərslərinin keçirildiyi "Ə`zəm məscidi"ndə "Üsul Elmi"nin mətndən xaric mühazirələri zamanı dünya və axirət xanımlarının seyyidəsi Həzrət Fatimə Zəhra Siddiqeyi Kübranın (s) şəhadəti günlərinə işarə edərək dedi: Xanım Həzrət Fatimə Zəhranın (s) şəxsiyyəti, həyatı və fəzilətləri hər zaman hamı üçün açıqlanmalıdır. O xanımın (s) Allah yanında çox böyük və əzəmətli bir məqamı və dərəcəsi vardır.
Şiələrin təqlid mərcələrindən biri olan Qum Elmi Dini Hövzəsinin Ali dərəcəli ustadı Həzrət Ayətullah Üzma Cəfər Sübhani Təbrizi mühazirəsində İslam Peyğəmbərinin (s) sevilmli qızı Həzrət Zəhranın (s) Allah qarşısında itaətkarlığına və ibadətlərinə işarə edərək dedi: Həmişə Allahın əmrləri qarşısında müti olmalıyıq, bütün dini əmrləri icra etməliyik, bu çox mühüm məsələdir. O əlavə etdi: Əgər bu aləmin Allahın məhzəri və hüzuru olduğunu qəbul ediriksə və Allahı bütün işləri və hərəkətləri görən sayırıqsa, mütləq günahlardan çəkinməliyik. Ətrafımızı və yaşadığımız mühiti elə hazırlamalıyıq ki, daima Allahı öz qəlbimizdə hiss etməli, onun nəzarətində olduğumu dərk etməliyik. Əgər belə olarsa, mütləq günahdan uzaqlaşmağı bacaracayıq. Bunun üçün isə dini elmləri, Quran maafirini öyrənməyi gündəlik proqramlarımızın başında qərar verməliyik. Oxşar xəbərlər
|