Dünyanın ən qədim İslami kitabxanası təmir olunur
Mьəllif: admin1
Tarix: 15-03-2016, 12:12
Bцlmə: Xəbərlər
Dünyanın ən qədim İslami kitabxanası təmir olunur
Mərakeşin Fəs şəhərində yerləşən dünyanın ən qədim İslami kitabxanası kimi tanınan “Əl-Qarauin” qədim elmi mərkəz və kitabxana kompleksində təmir və bərpa işləri aparılır.

Maide.az xəbər verir ki, bu kompleksin tarixi 12-ci əsrə qayıdır. Hazırda təmir-bərpa işləri davam etdirilir və ilin sonunadək təmir işlərinin yekunlaşacağı bildirilir.

Kompleksin təmirinə milyonlarla vəsait ayrılıb. Kitabxana kompleksi Mərakeş əsilli Amerikalı memar təmir edir.

“Əl-Qarauin” qədim kitabxana kompleksi 859-cu (miladi) ildə Fatimə əl-Fəhri adında Tunisli bir tacirin qızı tərəfindən Fəs şəhərində tikilib. Bu xanım alimə və möminə bir xanım olub. Əhd edib ki, bütün var dövlətini elmi,dini mərkəz və məscidin tikintisinə sərf edəcək.

Yunesko-nun məlumatına görə, bu kompleks dünyanın ən qədim təhsil müəssisəsidir. Dünyanın ən qədim təhsil ocağı olduğu üçün burada məşhur şairlər, ariflər, iqtisadçılar , tarixçilər və filosoflar o cümlədən XIV əsrdə İbn Ərəbi və İbn Haldun kimi şəxsiyyətlər təhsil alıb. Bu kitabxana və elmi mərkəz orta əsrlərdə avropalılar və müsəlmanlar arasında bilik transferində böyük rol oynayıb. /
Oxşar xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930