Tanınmış Alim Hacı Mirəziz Ağa Talıblı vəfat edib
"İnna lillah və inna ileyhi raciun"
Hacı Mirəziz Ağa bütün əxlaqi və mənəvi dəyərlərə malik bir şəxsiyyət olmasına rəğmən, keçmiş alimlərlə indiki alimlərimiz arasında bir körpü rolunu oynamış və bir çox gənc ruhanilər üçün dayaq nöqtəsi olmuşdur. Hacı Mirəziz Ağa Seyid Qüdrət oğlu Talıblı 1942-ci ildə Yardımlı rayonunun Böyük Şıxlar kəndində anadan olmuşdur. 1960-cı ildə həmin kəndin məktəbində yeddi illik təhsilini başa vurduqdan sonra, Cəlilabad rayonunun Həziabad kəndinə yollanmış, Hacı Mirəyyub Ağadan Quran qiraətini öyrənmişdir. 1961-ci ildən 1964-cü ilədək Biləsuvar rayonunda yaşamış, Molla Hüseyndən ərəb dili sintaksisi və morfologiyasını (sərf və nəhv elmlərini) öyrəndikdən sonra, 1964-cü ildə Lerik rayonunun Zenoni kəndinə getmiş və üç il də Nəcəf alimi Molla Qələmdən təhsil almışdır. 1967-ci ildə Masallı rayonunun Çaxırlı kəndinə üz tutmuş Hacı Mirəziz Ağa 1971-ci ilədək “orada Şəraye” və “Şərhi-lümə” kitablarını Şeyx Rəhmətdən dərs almışdır. 1998-ci ildə dünyaya göz açdığı Şıxlar kəndindən Cəlilabad rayonuna köçmüş və oarada məskunlaşmışdır. Hacı Mirəziz Ağa 1971-ci ildən İslamın təbliği ilə məşğul olmuşdur. Onunla birlikdə onlarla ruhani yetişdirmiş Cənub bölgəsinin tanınmış ruhanisi rəhmətlik Molla Bəylər əmi, Biləsuvar rayonunun tanınmış ruhanisi rəhmətlik Molla Əhməd və bir neçə digər ruhanilər Biləsuvarda rəhmətlik Molla Hüseynin hüzurundan bəhrələnmişlər. Həqiqətən də, Molla Hüseynin yetişdirdiyi tələbələr Sovet dövründə dini qoruyub-saxlaya bilmişlər. Sovet hakimiyyəti dövründə Mirəziz Ağa kimi şəxsiyyətlər sinələrini irəli verib insanlara Allahı tanıtdırmışlar. Allah Hacı Mirəziz Ağaya rəhmət eləsin! Maide.az Oxşar xəbərlər
|