Övladınızın zehn və yaddaşını inkişaf etdirmək üçün 7 ÜSUL
Mьəllif: admin1
Tarix: 17-03-2016, 11:28
Bцlmə: Xəbərlər
Övladınızın zehn və yaddaşını inkişaf etdirmək üçün 7 ÜSUL
Övladınızın yenilik axtarışında olduğunun, çoxlu suallar verdiyinin, hər gördüyü ilə maraqlandığının şahidi olursunuz.

Bu zaman sizin öhdənizə düşən övladınızın bu marağını yeni biliklər verməklə qarşılamağa çalışmaqdır. Bu dövrdə uşaqların beyni yeniliklər öyrənməyə açıq olur ki, siz də bu işdə övladınıza dəstək olmağa çalışın. Bunun üçün sizə aşağıdakı 7 üsulu təqdim edirik.



1. Övladınızın verdiyi sualları cavabsız qoymayın. Yeni biliklər, məlumatlar ötürərək zehni inkişafına kömək olun. Suallarını cavablandırarkən övladınızın yaşını nəzərə alaraq bu məlumatın onun üçün anlaşıqlı olmasını təmin edin.



2. Rəsm üzərində iş. Övladınıza iki rəsm təqdim edərək oradakı fərqlilikləri tapması təlimatını verin. Məsələn, bir birinə çox bənəzəyən, xırda detalları fərqlənən; iki rəsm - bir rəsmdə digərinkindən əlavə bir neçə fərqli əşyaların olması və s. Bu kimi tapşırıqlar uşaqlarda diqqətin inkişafına kömək edər.



3. Yaşına uyğun hər hansı bir rəsmi təqdim edərək bu rəsm üzərindən hekayələr qurmasını istəyin. Danışdığı hekayədə obrazlara, təqdim etdiyi davranışlara diqqət edin. Bu, övladınız haqqında bir çox məlumatları öyrənmənizə kömək olar. Bu kimi tapşırıqlar övladınızın təxəyyülünün, təfəkkürün, nitqinin inkişafına təkan verər.



4. Hər hansı bir obrazı söz vasitəsilə təsvir edərək onun rəsmini çəkməsi təlimatını verin. Bu övladınızın təxəyyülünün, hafizəsinin, təfəkkürünün, beyin fəaliyyətinin inkişafı üçün önəmlidir. Bitiridikdən sonra hansı detalları unutduğuna diqqət edin. Bunu bir neçə dəfə təkrarlaya bilərsiniz. Bunu oyun xarakterli etməniz övladınıza xoş təsir bağışlayar.



5. Təqdim etdiyiniz rəsmdə əksik olan detalları taparaq tamamlamasını bildirin. Bu zaman övladınızda diqqətin inkişafı, yaradıcı düşünməsi, təfəkkürün inkişafı ön planda olur.



6. Oyun şəklində diqqətin inkişafı. Övladınızın otağa diqqətlə baxmasını istəyin. Daha sonra otaqdan çıxararaq bir neçə əşyanın yerini dəyişin. Daha sonra isə övladınızdan hansı əşyaların yerinin dəyişdiyini tapmasını və yerinə qoymasını istəyin.



7. Kitab oxumaq lap kiçik yaşlardan önəmlidir. İstər sizin övladınıza kitab oxumanız, istərsə də onun özünün oxuması psixoloji proseslərin inkişafında əhəmiyyətli təsirini göstərir. Hər hansı bir mətni oxuduqdan sonra sizə danışmasını istəyə bilərsiniz. Bu zaman övladınızda görmə yaddaşının inkişafına dəstək vemiş olursunuz. Siz mətni danışaraq onun yadında qalmasını və sizə danışmasını təmin etdiyiniz zaman isə (eşidərək yadda saxlaması) eşitmə yaddaşının inkişafına kömək edər.faktxeber\
Oxşar xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930