Ayətullah Xamenei qadınların rolundan danışdı
Qadınlar barədə dünyaya qeyri-ilahi və maddi baxmaq Qərb təfəkkürünün köküdür İslamazeri.az-ın “Farsnews”-a istinadən verdiyi xəbərə görə, Ayətullah Xamenei yüzlərlə təhsilli qadınla görüşü zamanı qadın və ailə əhəmiyyətli mövzusunun qarşısında düzgün strateji mövqe tutulmasını zəruri hesab edib və bildirib ki, bu strategiyaya çatmaq üçün 3 məsələ lazımdır: Qadınlar barədə yanlış qərb düşüncəsindən uzaqlaşmaq, İslami yazılara və təlimlərə arxalanmaq və qadınların əsas məsələləri hesab olunan məsələlərə diqqət yetirmək. Ali Dini Lider Həzrət Zəhranın (s) mövluduna toxunaraq əlavə edib ki, dünya qadınlarının xanımının həyatına dəqiq və yeni baxışla baxılmalı və onun tanınmış xüsusiyyətləri sözün əsl mənasında ülgü olmalıdır. Qərblilər müxtəlif səbəblərə görə, qadın məsələsini səhv anlayıblar, amma həmin o səhvi hər yerə yayıblar. Ayətullah Xamenei deyib ki, təhsilli qadınlar qadın məsələlərini düzgün təqib etmək üçün ən yaxşı şəxslərdir. Ayətullah Xamenei onları bu sahədə cəhd göstərməyə dəvət edib. islamazeri.az Oxşar xəbərlər
|