Almaniyalı bir turist Həzrəti Fatimənin (s.ə) mövludunda İslamı qəbul etdi
İranda səfərdə olan almaniyalı bir turist İslam dinində etdiyi araşdırmalarının yekununda müsəlmanlığı qəbul edib.
Deyerler.org İQNA-ya istinadən xəbər verir ki, Peyğəmbərimiz həzrəti Məhəmmədin (s) əziz qızı Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu günü İranın qədim Şiraz şəhərində olan Almaniya vətəndaşı Maykl Şek İslam dinini qəbul edib və özünə Mikayıl adını götürüb. Mikayıl ilk dəfə İslam dini və cəfəri məzhəbi ilə müsəlman olmuş bir qohumu vasitəsilə tanış olduğunu və lazımlı araşdırmaları etdikdən sonra, nəhayət İslamı qəbul edərək İranda müsəlmanlığını elan etməyə qərar verdiyini dilə gətirib. Çərşənbə günü braziliyalı xanım Rafaili də Həzrəti Fatimənin (s.ә.) mübarək mövludu ərəfəsində, Məşhəd şəhərində Həzrəti İmam Rzanın hərəmində şəhadət gәtirәrәk, İslam dinini qəbul etmişdi. Oxşar xəbərlər
|