Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi”nin Bakıya gizli səfəri
Mьəllif: admin1
Tarix: 13-05-2014, 12:49
Bцlmə: Xəbərlər » Qafqaz
Mərkəzi Kəşfiyyat İdarəsinin “kölgəsi”nin Bakıya gizli səfəri
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” hesab olunan “Stratfor” özəl kəşfiyyat şirkətinin prezidenti Corc Fridman Bakıda xəlvəti səfərdə olub.
Bu barədə C.Fridmanın rəhbərlik etdiyi təşkilatın saytına istinadən xəbər verilir. Ona görə xəlvəti ki, C.Fridmanın Bakıda səfərdə olduğu barədə informasiya ictimaiyyətə açıqlanmayıb və onun Azərbaycan rəsmilərindən kimlərlə görüşdüyünə dair hansısa məlumat yoxdur.
C.Fridman Bakıya əvvəllər də səfər edib və adətən onun səfərləri barədə heç vaxt indiki kimi informasiya qıtlığı olmamışdı. Ancaq “Stratfor” mərkəzinin Fətullah Gülənin Azərbaycanda o cümlədən yüksək hakimiyyət dəhlizlərinə qədər gedib çıxa bilmiş şəbəkəsinə gizli dəstəyinin (bu barədə virtualaz.org və haqqin.az saytlarının araşdırmalarında ətraflı bəhs olunub) üzə çıxmasından sonra C.Fridmanın Bakıya xəlvəti səfər etməsi xüsusi maraq doğurur.

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031