NATO üzvlərinin Gürcüstanın bu təşkilata qoşulması ilə bağlı mövqeləri
NATO alyansı baş katibinin cənubi Qafqaz və Mərkəzi Asiya işləri üzrə xüsusi nümayəndəsi deyib : Bu alyansa üzv ölkələrin hamısı o cümlədən Almaniya Gürcüstanın bu təşkilata qoşulması ilə müvafiqdirlər.
Trend xəbər agentliyinin məlumatına görə, Ceyms Appaturay " cümə günü etdiyi çıxışında Gürcüstanın bu alyansa qoşulmaqla maraqlanmasına işarə edərək deyib : Gürcüstan dövləti bu təşkilata qoşulmaq üçün bir sıra məsələlər üzərində islahat aparmağa hazırdır. Appaturayının sözlərinə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirləri ,iyun ayının axırlarında bir araya gələcəklər və orada Gürcüstanın " NATO-ya üzvlük addımı layihəsi "-ni almağa hazırlıq vəziyyətini müzakirə edəcəklər. Bundan qabaq NATO-nun Parlament Şurası üzv ölkələrdən istəmişdi ki , bu yığıncaqda NATO-da üzvlük addımı layihəsini Gürcüstana təqdim etsinlər. Qeyd edək ki , bu layihənin bir ölkəyə verilməsi o ölkənin NATO-ya qəbul edilməsinə zəmanət vermək mənasında dəyərləndirilmir. Oxşar xəbərlər
|