Əmirəl-möminin (ə) şəhadəti
Mьəllif: admin1
Tarix: 1-04-2024, 12:53
Əmirəl-möminin (ə) şəhadəti

İmam Əli ibn Əbu-Talib (ə) Kəbədə dünyaya gələn, tərbiyəsini və təlimini Peyğəmbərdən (s) alan, Peyğəmbərin (s) yerində yatmağı qəbul edərək onu ölümdən xilas edən, haqqında 300-ə yaxın ayələrin nazil olduğu insan, Əhli-beytin (ə) üzvü olan, İmamlar atası, Bədr döyüşündə bütpərəstlərin məğlubiyyətə uğramasına əsas səbəb, Ühüd döyüşündə Peyğəmbərin (s) canını qoruyan, Xəndək döyüşündə bütpərəstlərin sərkərdəsi Əmr ibn Əbdəvüddü məğlub edən, Xeybər döyüşünün qəhrəmanı və fatehi, Peyğəmbərin (s) müsəlmanlara təyin etdiyi xəlifə, ədalətinə görə şəhid edilən, ədalətinə görə ədavət edilən insan, fəzilətləri və comərdliyi ilə dünya qeyri-müsəlman alimlərini etiraflara vadar edən, mehrabda şəhid edilən, əsl zahid və elm şəhərinin qapısı və digər yüzlərlə fəzilətlərə malik olan yeganə şəxsdir.

İmam Əlinin (ə) fəzilətləri barədə məzhəbindən, dinindən, təfəkkür tərzindən asılı olmayaraq, müxtəlif yazıçı və mütəfəkkirlərin əsərləri həddən artıq çoxdur. İmam Əli (ə) yüzlərlə ilahi fəzilətə malik olub.

İmamın yaralandığı zaman onun yanına gələn övladları yaxınları və səhabələr ağlayarkən imam buyurdu: Ağlamayın Allaha and olsun ki ölüm mənim üçün uşaq üçün şirin olan ana sinəsindən də şirindir. Kəbənin rəbbinə and olsun ki mən zəfər çaldım”.

İmam Əli (ə) hicri-tarixinin 40-cı ilində mübarək Ramazan ayının 19-da zərbətləndi və 21-də şəhid oldu. Bu münasibətlə "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi" dünya Əhli-beyt (ə) sevərlərə təsliyət ərz edir və mütəal Allahdan istəyirik ki, bizi dünya və axirətdə İmam Əlidən (ə) ayrı salmasın!

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031