QURANDA «İTRAF» VƏ «MÜTRƏF» KƏLMƏLƏRİ
Quranda «itraf» və «mütrəf» kəlmələri 8 dəfə təkrar olunmuşdur: «Mütrəf» sözü «tərfə» sözündən tutulub. «Tərfə» sözünün mənası nemət artıqlığıdır. Mütrəf isə nemət çoxluğundan məst olub Allaha asi olan şəxsə deyilir. «Səbə» surəsinin 34-cü ayəsində oxuyuruq: «Biz hansı bir şəhərə xəbərdarlıq eləyən elçi göndərmişiksə, oranın varlı olan başçıları «biz sizinlə göndərilən şeyləri danırıq» -demişlər.» Quranda insanı bu cür məst edib günaha tərəf çəkən sərvət pislənib. Bu cür varlı şəxslərə isə şiddətli surətdə xəbərdarlıq edilib. «Qəsəs» surəsinin 58-ci ayəsində oxuyuruq: «Keçirdiyi güzərana naşükür olan neçə-neçə şəhəri yer üzündən yox elədik. Odur evləri! Onlardan sonra bu evlərdə az-az qalarlar».
«Təkasür» surəsinin birinci ayəsində oxuyuruq: «(Mallarınızı, canlarınızı) çoxaltmaq işi sizləri qafil etdi». İslam Peyğəmbəri (s) mal-dövlət toplamaq barədə buyurur: «Malını çoxaltmaq-sərvəti haram yoldan yığıb haqqını verməmək və sandıqlarda saxlamaq deməkdir». Oxşar xəbərlər
|