Hansı səbəbə görə pulsuz balıqlar yeyilmir?
Mьəllif: admin1
Tarix: 15-12-2019, 10:50
Hansı səbəbə görə pulsuz balıqlar yeyilmir?
Müqəddəs şəriətimiz pullu balıqların yeyilməsini halal bilir, pulsuzların isə yeyilməsini qadağan edir. Bu barədə əziz müctəhidlərin risalələrində də qeyd olunubdur.

Düzdür, bəzən mömin və möminələr sual verirlər ki, pulsuz balıqların yeyilməməsinin nəqli dəlilləri nədir?

Biz bu mövzuda bəzi dəlilləri bu yazıda təqdim edəcəyik.

İmam Baqirə (ə) sual etdilər: "Allahın rəhməti sizin üzərinizə olsun. Bəzən bizə balıq gətirirlər ki, pulu yoxdur".

İmam Baqir (ə) cavab olaraq onlara buyurdu: "O balıq ki, pulu var – yeyin, o balıq ki, pulu yoxdur – yeməyin".

İmam Sadiqdən (ə) nəql edirlər ki, o Həzrət (ə) buyurub: "O balıq ki, pulu yoxdur – yeməyin".

İmam Əlidən (ə) də bu barədə hədis nəql olunur. Belə ki, bir gün İmam Əli (ə) bazara daxil olur və uca səslə buyurur: "Agah olunuz! Pulsuz balığın yeməyindən və alış-verişindən çəkinin!".

İmam Sadiqdən (ə) nəql edirlər ki, o Həzrət (ə) buyurub: "O balıqdan yeyiniz ki, pulu var və pulu olmayanı yeməyin". (Mənbə: Hürr Amili, "Vəsailuş-şiə", c. 24, səh 127).



(Allahverdi Əlizadə,“Dəyərlər”)
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031