Niyə hamı varlı deyil?
Mьəllif: admin1
Tarix: 1-09-2020, 20:21
Niyə hamı varlı deyil?
Gərək bilək ki, Allahın kərəmi sonsuzdur. Ancaq hamının eyni cür olması, kərəm sifətinə maneə yaradır. Belə ki, hamının eyni cür olması maddi aləmin qanunlarına ziddir. Çünki əgər insanların hamısı eyni olsaydı, gərək başqa canlılar da onun kimi eyni olardılar. Bütün heyvanlar, bitkilər, hətta daş və kəsək belə.

Bu zaman Allah hər şeyi eyni yaradardı, həm ağacları, həm heyvanları, həm torpağı... Belə bir dünyanı təsəvvür edə bilərsinizmi?

Hər bir aqil insan başa düşür ki, bu cür vəziyyət imkansızdır. Dünya aləmi elə qurulmuşdur ki, məhdudiyyətləri vardır. Bütün canlılar bir-birindən fərqlənirlər və bu fərqliliyin öz rolu vardır.

Torpağın öz vəzifəsi vardır, ağacın öz vəzifəsi vardır... Ona görə də deyə bilərik ki, bu aləmdə məhduiyyətlərin olması bərabərliyin olmasını aradan qaldırır. Bu məhdudiyyətlər dünya aləminə məxsus bir şeydir, əslində nöqsan deyildir. Hər bir şeydə Allahın hikməti vardır.

Allahın hikməti imkan vermir ki, bütün insanlar eyni olsunlar. Əgər bütün insanlar sima, elm və ağıl cəhətdən eyni olsaydılar, o zaman birini rəhbər və o birisini ona itaət edən xəlq etmək olmazdı. Bu zaman biri müəllim və o birisi şagird olmağa razı olmazdı.

Bu aləmdə olan həyat tərzi hikmət üzərindən qurulmuşdur. İnsanlar fərqli olmasaydılar, iş bölgüsü ədalətli olmazdı. Allah bu dünyanı təkamül etmək üçün xəlq etmişdir. Ona görə də bu fərqlərin olması zəruridir. Hər kəs öz yerində qərar tutmalıdır.

Beləliklə deyə bilərik ki, Allah insanları ona görə fərqli yaratmışdır ki, təkamül edə bilsinlər və hər biri öz kamal yolunu gedə bilsinlər.

İstedad və qabiliyyətlər müxtəlifdir. Ona görə də hər birinin kamal yolu da fərqlidir. Necə ki, hər xəstəliyin müalicəsi vardır, həkim heç bir zaman hamıya eyni resepti yazmaz – baxmayaraq ki, xəstəliklər bir-birinə bənzəsə belə.

Eləcə də bu dünyadakı insanlar fərqlidirlər, ancaq kamal yolları eynidir. O da təkamül etmək və İlahi qürbə çatmaqdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031