Kərbəla rəsmiləri: "Aşura günü Kərbəlanı 6 milyondan çox zəvvar ziyarət etdi"
Mьəllif: admin1
Tarix: 13-10-2016, 21:55
Bцlmə: Xəbərlər
Kərbəla rəsmiləri: "Aşura günü Kərbəlanı 6 milyondan çox zəvvar ziyarət etdi"
İmam Hüseynin (ə) mütəhhər hərəminin idarə heyətinin üzvü Kərbəladakı zəvvarların sayının bu il keçən ildən daha çox olduğunu bildirib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, İmam Hüseynin (ə) mütəhhər hərəminin idarə heyətinin üzvlərindən Əfzəl Əş-Şam mətbuata verdiyi açıqlamasında bildirib ki, Aşura günü Kərbəlanı 6 milyondan çox zəvvar ziyarət edib. O, İraq və 25 ölkədən gələn zəvvarları salamlamaq və onların yerləşdirilməsi üçün lazım olan tədbirlərin həyata keçirildiyini də qeyd edib.

Digər tərəfdən, Kərbəla rəsmiləri vilayətin bütün quru sərhəd qapıları və hava limanı üzərindən zəvvarların Kərbəlaya daxil olmağa davam etdiyini bildirib.

İraq hökuməti də Aşura mərasiminin daha möhtəşəm şəkildə keçirilməsi üçün Kərbəla başda olmaqla, ölkənin müxtəlif məntəqələrində ordu, xalq və təhlükəsizlik qüvvələrinin iştirakı ilə sıx təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi üçün tapşırıq verib.
Oxşar xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031